Son dərəcə sərt qış qapıdadır
04 Noyabr 2026, 01:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
385
13.08.2026, 22:48
Əyani doktoranturada təhsil alan şəxslərin hərbi xidmətə çağırışdan möhlət hüququ ilə bağlı yeni açıqlama bu kateqoriyadan olan çağırışçıların hüquq və öhdəliklərini yenidən gündəmə gətirib. Mövcud qaydalara əsasən, əyani doktoranturada təhsil alan şəxslərə təhsil müddəti başa çatanadək möhlət verilir, lakin doktorantura başa çatdıqdan sonra dissertasiya müdafiəsinin gecikməsi ayrıca möhlət üçün əsas hesab olunmur.
Bəs, əyani doktorantura təhsili dövründə möhlət hüququ necə tətbiq olunur və təhsil müddəti başa çatdıqdan sonra dissertasiyanın hələ müdafiə edilməməsi hərbi xidmətə çağırışdan möhlət üçün hüquqi əsas yarada bilərmi?
Oxu24.com xəbər verir ki,məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, əyani doktoranturada təhsil alan şəxslərə hərbi xidmətə möhlət hüququnun tətbiqi ilə bağlı mövcud qaydalar belədir ki, hazırda doktoranturada təhsil alan şəxslərə hərbi xidmətə çağırışdan möhlət hüququ verilir:
.
"İndi hərbi xidmətə çağırış yaşı 30 yaşa qədər olduğuna görə bu imkan yaradılır. Amma burada bir məsələ var. Doktorantura təhsili başa çatdıqdan sonra müdafiənin gecikdirilməsi hərbi xidmətə çağırışdan möhlət üçün əsas sayıla bilmir. Burada müəyyən boşluq yaranır. İnsan doktoranturanı bitirir və müdafiə etməlidir. Namizədlik və ya doktorluq dissertasiyasının müdafiəsi ilə bağlı müəyyən problemlər yaranır və insanlar narahatlıq keçirirlər".
Ekspert qeyd edib ki, əgər insan elmə və araşdırmalara meyllidirsə, bakalavr, magistratura və doktorantura təhsili alırsa, dövlət ona maksimum şərait yaratmalıdır ki, öz sahəsini davam etdirsin və müdafiəsini də həyata keçirsin:
"Çünki bu müdafiə yalnız həmin insanın özü və adı üçün deyil. Onun üzərində çalışdığı konkret istiqamət və sahə bütövlükdə dövlət, xalq və bəşəriyyət üçün əhəmiyyət daşıyan bir işdir. Ona görə hesab edirəm ki, ümumiyyətlə, elm və mədəniyyət sahəsində çalışan insanlara şərait yaradılmalı, onlara möhlət verilməlidir. Nəzərə almaq lazımdır ki, bu insanların sayı da çox deyil. Azərbaycanda hər kəs elmlə, təhsillə, doktorantura və ya aspirantura ilə maraqlanmır və buna can atmır".
Onun sözlərinə görə, bütün dünyada tətbiq olunan mütərəqqi metodlar bizdə də tətbiq olunmalıdır:
"Ümumiyyətlə, hərbi sahədə bu günə qədər öz həllini tapmayan kifayət qədər məsələlər var. Mən bu gün də təəccüblənirəm ki, niyə Azərbaycanda "Alternativ xidmət haqqında" qanunun qəbulu yubanır. Bu qanunla bağlı da uzun müddətdir müzakirələr gedir. "Təhsil haqqında" qanun da vaxtilə uzun müddət müzakirə olundu və daha sonra qəbul edildi. Bu gün də insanlar həmin qanunun tam və mükəmməl şəkildə qəbulunu gözləyirlər. Hərbi sahə ilə bağlı da qeyd etmək istəyirəm ki, Azərbaycanda kifayət qədər bacarıqlı gənclər var. Onlara şərait yaratmaq lazımdır ki, inkişaf etsinlər".
01:07 / 04 Noyabr 2026
67
00:56 / 04 Noyabr 2026
95
00:38 / 04 Noyabr 2026
166
00:30 / 04 Noyabr 2026
89
00:29 / 04 Noyabr 2026
124
00:18 / 04 Noyabr 2026
151
00:11 / 04 Noyabr 2026
90
00:10 / 04 Noyabr 2026
175
23:58 / 03 Noyabr 2026
216
23:58 / 03 Noyabr 2026
3421
23:50 / 03 Noyabr 2026
140
23:40 / 03 Noyabr 2026
129
23:34 / 03 Noyabr 2026
138
23:04 / 03 Noyabr 2026
303
22:59 / 03 Noyabr 2026
86
22:52 / 03 Noyabr 2026
118
22:48 / 03 Noyabr 2026
96
22:45 / 03 Noyabr 2026
118
22:33 / 03 Noyabr 2026
134
22:30 / 03 Noyabr 2026
157
22:29 / 03 Noyabr 2026
229
22:25 / 03 Noyabr 2026
97
22:21 / 03 Noyabr 2026
129
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.