Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli anlar:Tələbə qız özünü binadan atdı

2019-06/1559364408_08-45-54.jpg

KRİMİNAL

2606

01.06.2019, 08:49

\"\" Bakının Nərimanov rayonu, Mirəli Qaşqay küçəsində bədbəxt hadisə baş verib.
21 yaşlı Musayeva Əfsanə Rəşid qızı 3-cü mərtəbədən yıxılaraq ağır kəllə-beyin travması alıb. Onun təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparıldığı bildirilir.
Əldə etdiyimiz məlumata görə, Əfsanə Musayeva Şəmkir rayon sakinidir və Bakıda bacısı ilə birgə yaşayır. O, Bakı Dövlət Universitetinin III kurs tələbəsidir.
Hadisə zamanı Əfsanənin bacısı və rəfiqəsi evdə olub. Onların dediklərinə görə, qonşu otaqda dərs hazırlayarkən qışqırıq səsi gəlib və qızın yıxıldığını görüblər.
İlkin araşdırmalar zamanı Əfsanə Musayevanın özünü 3-cü mərtəbədən atdığı məlum olub. oxu.az
Digər  maraqlı  xəbərlər:  Qadınlar üçün 18+ YAZI Azərbaycan Ordusu vahiməli silahdan atəş açdı, görüntülər ilk dəfə yayıldı+VİDEO {banner_reklam} {banner_reklam1}