88 yaşlı qadının meyiti tapılıb
19 Oktyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
821
18.07.2025, 11:30
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dünən Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldğı yol qəzası ilə bağlı məlumat yayıb.
Oxu24.com-un xəbərinə görə, məlumatda qeyd olunub ki, təhlükəsizlik kəməri bir ailə faciəsinin qarşısını ala bilərdi: "Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, təhlükəsizlik kəmərləri bu gün də əsas qoruyucu vasitələrdən biri hesab olunur. Dəfələrlə isbat olunub ki, təhlükəsizlik kəmərindən istifadə edən sürücü və sərnişinlər qəza hallarında kəmərdən istifadə etməyənlərə nisbətən daha az zərər çəkir.
Ötən gün Bakı-Qazax magistralında aralarında azyaşlılar olmaqla bir ailədən iki nəfərin həyatını itirməsi, iki nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzasının ağırlıq dərəcəsinə təsir göstərən amil məhz təhlükəsizlik kəməri oldu. Belə ki, sözügedən hadisədə sərnişinlərin kəmər bağlamadıqları üçün aşan avtomobildən kənara düşməsi onların həlak olmasının və xəsarət almasının başlıca səbəblərindən biri hesab edilir.
Qanuna əsasən, sürücü hərəkətə başlamazdan əvvəl təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlərin də bu vacib tələbi yerinə yetirmələrini təmin etməlidir. Buna nail olan sürücü qanunun tələbini yerinə yetirir, gələcəkdə üzləşə biləcəyi hüquqi problemlərin qarşısını alır və ən əsası təhlükəsizliyi sığortalamış olur.
Dəyərli sürücülər, təhlükəsizlik kəmərləri sizi və həyatlarını sizə etibar edən sərnişinlərinizi həyata bağlayan bağdı. Unutmayın ki, qayda pozuntusu inzibati məsuliyyət, onun fəsadları isə bərpası mümkün olmayan itkilər doğurur".
00:26 / 20 Oktyabr 2026
48
00:19 / 20 Oktyabr 2026
72
23:56 / 19 Oktyabr 2026
77
23:45 / 19 Oktyabr 2026
71
23:40 / 19 Oktyabr 2026
70
23:36 / 19 Oktyabr 2026
91
23:36 / 19 Oktyabr 2026
89
23:34 / 19 Oktyabr 2026
77
23:30 / 19 Oktyabr 2026
92
23:30 / 19 Oktyabr 2026
109
23:27 / 19 Oktyabr 2026
73
23:26 / 19 Oktyabr 2026
90
23:24 / 19 Oktyabr 2026
265
23:20 / 19 Oktyabr 2026
85
23:16 / 19 Oktyabr 2026
76
23:10 / 19 Oktyabr 2026
76
23:04 / 19 Oktyabr 2026
74
23:03 / 19 Oktyabr 2026
75
22:25 / 19 Oktyabr 2026
150
22:22 / 19 Oktyabr 2026
80
22:11 / 19 Oktyabr 2026
95
22:06 / 19 Oktyabr 2026
261
21:37 / 19 Oktyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.