DİN əməliyyat keçirib: 260 nəfər SAXLANILIB
13 Dekabr 2025, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
253
05.06.2025, 14:38
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com-un məlumatına görə, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə İsfəndiyar Axundov da iştirak edib.
Həmçinin həbsdə olan şikayətçi Emil Səməndərov da məhkəməyə gətirilib.
Emil Səməndərovun vəkili Asim Abbasov deyib ki, Binəqədi Rayon Məhkəməsində İsfəndiyar Axundov barəsində 40-a yaxın məhkəmə işi var:
"Bu şikayətlər arasında təmin olunanlar və olunmayanlar da var. Məhkəmənin bunları nəzərə almağını xahiş edirəm".
Vəkil sözügedən məsələ ilə bağlı sənədləri məhkəməyə təqdim edib.
Prosesdə Emil Səməndərov da ifadə verib. O, təqsirləndirilən şəxsin onun barəsində dedikləri sübuta yetirildiyi təqdirdə cəzalandırılmasını xahiş edib.
İsfəndiyar Axundov şikayətçi Emil Səməndərova sual ünvanlayıb: "Sənin atanla həyat yoldaşın məni niyə məhkəməyə verib 5 milyon manat təzminat istəyir?"
Emil Səməndərov isə belə bir şikayətdən xəbərinin olmadığını söyləyib.
Sonra vəkil Asim Abbasov Emil Səməndərov barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan işlə bağlı məhkəmə protokollarının hazırda baxılan iş üzrə məhkəməyə təqdim edilməsi üçün vəsatət verib.
O bildirib ki, "Şərur MTK" vətəndaşlardan evləri ucuz alaraq ikiqat bahasına satıb:
"Hamı düşünür ki, İsfəndiyar Axundov xeyriyyə işi ilə məşğuldur. Lakin o, vətəndaşdan evi, məsələn, 50 min manata alıbsa, 100 min manata da satıb".
İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli etiraz edərək deyib ki, şikayətçi tərəf ittihamdan kənara çıxır:
Həmçinin oxuyun
"Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi protokollarının bu işə aidiyyatı yoxdur".
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra prosesdə Emil Səməndərovun təhqir olunduğu iddia edilən video nümayiş olunub.
Hakim sözügedən materialda şikayətçinin təhqir olunduğunu müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı tərəflərin fikirlərini soruşub.
Vəkil Asim Abbasov ekspertizanın keçirilməsinin vaxt itkisinə səbəb olacağını bildirərək buna ehtiyac duyulmadığını deyib.
İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli də qarşı tərəflə eyni fikri səsləndirib. O da sözügedən ekspertizaya ehtiyac olmadığını bildirib:
"İsfəndiyar Axundov müsahibəsində Emil Səməndərova qarşı dələduz ifadəsi işlətməyib. Ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. Müvəkkilim tanınmış şəxsdir. Qarşı tərəf müəyyən təminatlar əldə etmək üçün onun barəsində xüsusi ittiham qaydasında şikayət edib".
Tərəflər linqvistik ekspertizanın keçirilməsi ilə razılaşmasa da, məhkəmə sözügedən ekspertizanın keçirilməsi ilə bağlı qərar verib. Buna görə də proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
18:02 / 13 Dekabr 2025
1
17:43 / 13 Dekabr 2025
189
17:09 / 13 Dekabr 2025
39
16:55 / 13 Dekabr 2025
171
15:58 / 13 Dekabr 2025
60
15:47 / 13 Dekabr 2025
60
15:39 / 13 Dekabr 2025
76
15:08 / 13 Dekabr 2025
1924
14:50 / 13 Dekabr 2025
74
14:38 / 13 Dekabr 2025
108
14:28 / 13 Dekabr 2025
98
14:22 / 13 Dekabr 2025
87
14:12 / 13 Dekabr 2025
278
13:14 / 13 Dekabr 2025
1522
13:07 / 13 Dekabr 2025
1007
12:58 / 13 Dekabr 2025
744
12:16 / 13 Dekabr 2025
1183
12:08 / 13 Dekabr 2025
136
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
983
11:07 / 13 Dekabr 2025
447
10:25 / 13 Dekabr 2025
1190
09:15 / 13 Dekabr 2025
913
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.