Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı
19 Avqust 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
897
05.06.2025, 11:19
Xəbər verdiyimiz kimi, Lerikdə itkin düşən Şahin Musa oğlu Şərifovun meyiti tapılıb.
Oxu24.com-un Qafqazinfoya istinadən məlumatına görə, iyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti rayonun Monidigah kəndinin ərazisində yerləşən çayın kənarında aşkarlanıb.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib.
Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.
Qətldə şübhəli bilinən 34 yaşlı Elşən Ağabala oğlu Ağayev əvvəllər Lerik Rayon Gənclər və İdman İdarəsində çalışıb.
O, zabit kimi Vətən müharibəsində və daha sonra keçirilmiş antiterror tədbirlərində iştirak edib. Elə antiterror tədbirlərində snayper gülləsinə tuş gələn Elşən həmin vaxt hospitala yerləşdirilib. Onun psixologiyasının da pozulduğu və psixi müalicə aldığı bildirilib.
Digər məlumata görə, E. Ağayevlə Ş. Şərifov əvvəldən tanış olublar. Onların arasındakı münaqişənin hansı səbəbdən baş verməsi, atəşin harada açılması və digər detallar hələlik məlum deyil.
Həmin qazinin tapança silahını necə əldə etməsi və saxlaması da araşdırılır.
Fotoda Elşən Ağayev
14:50 / 19 Avqust 2026
10
14:49 / 19 Avqust 2026
8
14:44 / 19 Avqust 2026
22
14:30 / 19 Avqust 2026
44
14:24 / 19 Avqust 2026
47
14:18 / 19 Avqust 2026
106
14:15 / 19 Avqust 2026
56
14:05 / 19 Avqust 2026
46
13:59 / 19 Avqust 2026
59
13:45 / 19 Avqust 2026
56
13:37 / 19 Avqust 2026
61
13:30 / 19 Avqust 2026
55
13:10 / 19 Avqust 2026
69
13:06 / 19 Avqust 2026
67
12:59 / 19 Avqust 2026
63
12:52 / 19 Avqust 2026
317
12:49 / 19 Avqust 2026
289
12:45 / 19 Avqust 2026
77
12:38 / 19 Avqust 2026
75
12:32 / 19 Avqust 2026
106
12:30 / 19 Avqust 2026
63
12:16 / 19 Avqust 2026
63
12:01 / 19 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.