Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı gizlədilən məqamlar - DOSYE və ŞOK DETALLAR
29 May 2025, 12:23
Qaynar xətt:
(+99450) 247 90 86Müəllimlərin direktor müavini olmaq uğrunda davası - Belə nəticələndi
KRİMİNAL
258
15.04.2025, 15:18
Bakıda müəllim barəsində məhkəməyə edilmiş xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, söhbət Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi 57 yaşlı Lətifə Qəhrəmanovadan gedir.
Belə ki, 200 saylı orta məktəbin kimya müəllimi Gülnar Muradzadə Lətifə Qəhrəmanovanın Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə cəzalandırılmasını tələb edib.
Şikayətçi bildirib ki, 20 noyabr 2023-cü il tarixdə təlim-tərbiyə işləri üzrə direktor müavini imtahanında bal toplayaraq uğur qazanıb. 2024-cü ilin fevralında imtahanda uğur qazanan namizədləri müsahibə mərhələsinə dəvət ediblər. O, müsahibədə yetərincə bal toplaya bilmədiyi üçün təkrar müsahibəyə dəvət olunmaq məqsədilə 18 nömrəli məktəbdə təşkil edilmiş təlimlərə cəlb edilib.
G.Muradzadə təkrar müsahibədə uğur qazandığından Bakı şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb. Ona 240 saylı məktəbə direktor müavini təyin olunduğu bildirilib: “İdarə tərəfindən vatsapda qrup yaradıldı və imtahanda uğur qazanmış namizədləri ora əlavə etdilər. Qrup üzvlərinin 18 aprel 2024-cü il saat 14:00-da “Zoom” platforması üzərindən görüşü təşkil edildi. Görüş İdarənin rəsmisi tərəfindən keçirildi və lazım olan təlimatlar verildi. Aprelin 19-u kurator qrupda bildirdi ki, 22 aprelə qədər zəruri sənədləri İdarəyə təqdim etməliyik. Deyilən tarixdə sənədləri İdarəyə təqdim etməklə, eyni zamanda 240 saylı məktəbə direktor müavini təyin olunmaq üçün ərizə yazdım”.
Gülnar Muradzadə elə həmin gün tanışlarına təyinatı barəsində məlumat verdiyini söyləyib: “Bu hadisədən bir gün sonra tanımadığım və heç bir zaman ünsiyyətdə olmadığım Lətifə Qəhrəmanova videoçəkiliş edərək barəmdə mediada və sosial şəbəkələrdə təhqir və böhtanlar səsləndirdi. Guya mən ona demişəm ki, test mərhələsini və tələb olunan limitləri keçə bilməmişəm. O, videomüraciətlərdə mənim imtahandan keçmək üçün İdarəyə pul verdiyimi, savadsız olduğumu deyərək təhqir edib. Avqustun əvvəlində rəsmi qəbula gedərək təyinatım barədə soruşdum, mənə imtahandan keçmədiyim bildirildi. İmtahandan keçmədiyim halda 240 saylı məktəbə direktor müavini təyin olunmağım barədə ərizənin məndən alınmasının səbəbini soruşduqda isə konkret cavab verilmədi. Təyinatımın verilməməsində Lətifə Qəhrəmanova günahkardır. Çünki bütün bunlar onun videomüraciətindən sonra baş verib, karyerama ziyan dəyib”.
Həmçinin oxuyun
Şikayətçi L.Qəhrəmanovanın həbs edilməsini tələb edib.
34 ildir ki, müəllim çalışan Lətifə Qəhrəmanova isə deyib ki, Bakı şəhərində keçirilən ümumtəhsil məktəbləri üzrə direktor müavinlərinin işə qəbul imtahanlarında iştirak edib və uğur qazanıb. Lakin imtahanın müsahibə mərhələsində haqsızlıqla qarşılaşdığını, kəsildiyini iddia edib. O, imtahanın müsahibə mərhələsinə rəhbərlik edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəsmisinin onun müsahibədən keçməsinə əngəl törətdiyini, rüşvət müqabilində G. Muradzadəni direktor müavini təyin etdiyini deyib.
Şəhid bacısı olan təqsirləndirilən şəxs, həmçinin Gülnar Muradzadənin özünün ona imtahandan yetərincə bal toplaya bilmədiyini dediyini söyləyib.
Binəqədi Rayon Məhkəməsində keçirilən prosesin yekununda L. Qəhrəmanovaya Cinayət Məcəlləsinin 147.2-ci, yəni böhtan maddəsi üzrə bəraət verilib. Lakin o, 148-ci (Təhqir) maddəsi üzrə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.
12:26 / 29 May 2025
Çin Amerikanın bu qərarına qəzəblidir
3
12:23 / 29 May 2025
Araz Musayevin Türkiyədə bıçaqlanması ilə bağlı gizlədilən məqamlar - DOSYE və ŞOK DETALLAR
8
12:03 / 29 May 2025
Bakıda təhlükəsizlik kameralarını sındıran yeniyetmələr müəyyənləşdirilib, ziyan ödətdirilib
19
11:59 / 29 May 2025
Kürdə qadın meyiti tapıldı
21
11:58 / 29 May 2025
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
18
11:53 / 29 May 2025
Marketdə faciəli şəkildə həyatını itirdi
160
11:42 / 29 May 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
30
11:32 / 29 May 2025
Türkiyədə bıçaqlanan Araz Musayevin vəziyyəti AÇIQLANDI
232
11:31 / 29 May 2025
İşləməsələr də, 6 ay maaş alacaqlar
33
11:29 / 29 May 2025
Baş prokurorla görüş var
25
11:27 / 29 May 2025
Ali Məhkəmə “Tiktok”da təhqir və böhtan atmaqda ittiham edilən şəxslərlə bağlı qərar verib
27
11:16 / 29 May 2025
Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı - 11 ilə kimi həbs!
42
11:08 / 29 May 2025
Cənubi Koreyada təyyarə qəzaya uğradı - Ekipajdan xəbər yoxdur
29
10:54 / 29 May 2025
Laçın Beynəlxalq Hava Limanı Azərbaycana nə verəcək? — Millət Vəkilindən suallara cavab
2192
10:39 / 29 May 2025
Rubl görün neçəyə oldu
41
10:37 / 29 May 2025
Bakıda orta əməkhaqqı 6 %-ə yaxın artıb
35
10:28 / 29 May 2025
Antalyada bıçaqlanan Araz Musayevlə bağlı HADİSƏNİN ŞOK DETALLARI
256
10:27 / 29 May 2025
Boynu sınan sürücü öldü
41
09:59 / 29 May 2025
Araz Musayevi vuranlar kim olub?
2032
09:56 / 29 May 2025
Ağır qəza: Həyatını itirən var
58
09:54 / 29 May 2025
Bu tarixdə imtahan var
33
09:02 / 29 May 2025
Bu maddəni qəbul edən kişilərin uşağı olmur
63
21:30 / 28 May 2025
Araz Musayev belə vurulub - ANBAAN VİDEO
2320
21:22 / 28 May 2025
Pul və sevgi: mayın sonuna qədər inanılmaz şansları olacaq BÜRCLƏR
325
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.