18–24 yaşlı gənclər arasında cinayətlərin statistik mənzərəsi—RƏQƏMLƏR NƏ DEYİR?
13 Dekabr 2025, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3480
15.04.2025, 12:33
Şəmkirli kriminal avtoritet "Yetim Sabir" üçün Bakıda sifariş yerinə yetirən uşaqlıq dostu saxlanılıb. Həmin şəxs Bakıda qisas məqsədi ilə düşmənçilik etdikləri adamın evinə gedərək onun qapısına iki dəfə atəş açıb.
Oxu24.com musavat.com-a istinadla xəbər verir ki, bir neçə ay əvvəl "TikTok" sosial şəbəkəsində "Yetim Sabir" ilə kriminal aləmə yaxınlığıyla bilinən Adil adlı şəxs arasında mübahisə olub.
Tərəflər sosial şəbəkə hesablarından bir-birini təhqir ediblər. Daha sonra Adilin evinin qapısına iki dəfə atəş açılması ilə bağlı videogörüntü "TikTok"da paylaşılıb.
Bu hadisədən sonra polis Bakıda əməliyyat keçirib və 5 nəfər saxlanılıb.
Məlumata görə, saxlanılan Qismət adlı şəxs "Yetim Sabir"in uşaqlıq dostu olub və çox yaxın münasibətləri var.
Qismətlə Adili tanış edən də "Yetim Sabir" olub. "Yetim Sabir"in istəyi ilə Adillə Qismət Bakıda görüşüblər və bir müddət sonra yaxın dostluq münasibətləri yaranıb. Lakin aylar sonra Adillə "Yetim Sabir" arasında mübahisə yaranıb və bir-birlərinin kriminal aləmdəki yollarının doğru olmadığını deyiblər. Bu mübahisə sosial şəbəkə üzərindən aparılıb və tərəflər bir-birlərini təhqir ediblər.
"Yetim Sabir"lə Adil arasındakı davada Qismət birincinin tərəfini tutub. Həmin ərəfədə Qismətdə "Makarov" tapançası olub. Tapançanı da aylar əvvəl münasibətlər yaxşı olanda "Yetim Sabir"in göstərişi ilə Qismətə Adil veribmiş.
Mübahisə böyüdükdən sonra "Yetim Sabir" və Qismət Adili cəzalandırmaq qərarına gəliblər. Bu məqsədlə onun evinə gedərək qapısına iki dəfə atəş açıblar.
Qismət istintaqdakı ifadəsində "Yetim Sabir"lə əlaqələrinin olduğunu deyib. Bildirib ki, "Yetim Sabir"lə uşaqlıq dostudur.
Həmçinin oxuyun
Onun sözlərinə görə, "Yetim Sabir"in istəyi ilə Adil adlı şəxslə dostluq münasibətlərini möhkəmləndirib. Lakin bir müddət sonra Adil ona "Yetim Sabir"in yolunun doğru olmadığını, Sübhan adlı kriminal avtoritetin doğru yolda olduğunu deyib. Sübhanı dəstəkləməsini istəyib. Buna görə də aralarında mübahisə yaranıb.
"Mübahisə böyüyəndə Adil məni görüşə çağırdı. Görüşə gedəndə onun telefonuna zəng çatmadı. Sonra qayıdıb evə gəldim. Gördüm ki, "TikTok"da Sübhanla Adil video paylaşıb və guya mənim söhbətə gəlmədiyimi, qorxduğumu deyiblər. Mən də Adilin evinə getdim. Qapılarına iki güllə atdım. Bu zaman "Yetim Sabir"lə telefonla danışırdım və görüntülü ona hər şeyi göstərirdim", - deyə Qismət ifadəsində qeyd edib.
Qismətin etdiyi hərəkəti "Yetim Sabir" "TikTok"da paylaşıb və bunu Adilin və onu dəstəkləyənlərin cəzalandırılması kimi şərh edib.
Hadisədən bir neçə saat sonra Qismət Bakını tərk etmək üçün Hava Limanına yollanıb. Qismət Hava Limanında saxlanılıb.
Əməliyyat zamanı Qismətin əlaqədə olduğu Fərid, Ümid və Nicat adlı şəxslər də saxlanılıb. Onlara məxsus evdən külli miqdarda narkotik vasitə aşkar edilib. Saxlanılanlara qarşı bir qrup şəxs halında odlu silah saxlama və qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə maddələri ilə ittiham irəli sürülüb.
Digər tərəfdən isə Adil saxlanılıb. Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və saxlama maddəsi ilə ittiham irəli sürülüb.
Adil ifadəsində "Yetim Sabir"lə Türkiyədə görüşdüyünü, əvvəllər münasibətlərinin yaxşı olduğunu deyib. Onun sözlərinə görə, Qismət onların qapısına iki dəfə atəş açanda anası evdə olub. Lakin anası atəş səslərini eşitməyib.
Məhkəmənin hökmü ilə Qismət 8 il azadlıqdan məhrum edilib. Adil və digər 3 nəfər isə hər biri 7 il azadlıqdan məhrum ediliblər.
00:04 / 14 Dekabr 2025
19
23:47 / 13 Dekabr 2025
365
23:44 / 13 Dekabr 2025
24
23:30 / 13 Dekabr 2025
31
22:45 / 13 Dekabr 2025
197
22:30 / 13 Dekabr 2025
81
22:28 / 13 Dekabr 2025
92
22:22 / 13 Dekabr 2025
91
22:11 / 13 Dekabr 2025
189
21:58 / 13 Dekabr 2025
356
21:34 / 13 Dekabr 2025
923
21:21 / 13 Dekabr 2025
73
21:19 / 13 Dekabr 2025
97
21:15 / 13 Dekabr 2025
70
21:02 / 13 Dekabr 2025
65
20:49 / 13 Dekabr 2025
342
20:44 / 13 Dekabr 2025
85
20:36 / 13 Dekabr 2025
72
20:26 / 13 Dekabr 2025
71
20:01 / 13 Dekabr 2025
270
19:53 / 13 Dekabr 2025
89
19:21 / 13 Dekabr 2025
617
19:16 / 13 Dekabr 2025
118
18:32 / 13 Dekabr 2025
1036
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.