Hesablama Palatası: “İçərişəhər”də büdcə vəsaitləri qanunsuz xərclənib
17 Aprel 2025, 16:03
Qaynar xətt:
(+99450) 247 90 86SON DƏQİQƏ! Baş Prokurorluq Elşad Abdullayevlə bağlı açıqlama yaydı
KRİMİNAL
1775
12.04.2025, 19:06
ABU-nun keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluq İTV vasitəsi ilə müraciət ünvanlayıb.
Müraciətdə qeyd olunur ki, təqsirləndirilən Abdullayev Elşad İslam oğlu mayın 5-də saat 10:00-da Baş Prokurorluğunun İstintaq idarəsinə gəlməlidir.
Bildirilir ki, Abdullayev Elşad İslam oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, onun
- 2009-cu ilin mart ayından dekabr ayınadək olan müddət ərzində rektoru olduğu “Azərbaycan Beynəlxalq Universiteti”nin nəzdində fəaliyyət göstərmiş, həmin əməlinə görə qanuni qüvvəyə minmiş ittiham hökmü ilə məhkum olunmuş Tibb müəssisəsinin baş həkimi ilə qabaqcadan əlbir olub ümumilikdə 104.676 manata bərabər 130.000 ABŞ dolları məbləğində pul vəsaiti müqabilində Ukraynadan Azərbaycan Respublikasına böyrəklərin transplantasiyası məqsədi ilə gətirilmiş donorlardan həmin tibb müəssisəsində qanunsuz olaraq böyrəklərin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 13 cərrahiyyə əməliyyatların keçirilməsində;
- tələbələrdən külli miqdarda rüşvət alma cinayətinin törədilməsi vasitəsi kimi ali təhsil müəssisəsi olan “Azərbaycan Beynəlxalq Universiteti”ni təsis etməklə həmin universitetin rektoru vəzifəsində işlədiyi 2002 - 2010-cu illərdə tabeçiliyində işləyən şəxslərlə qabaqcadan əlbir olub onların və digərlərinin vasitəçiliyi ilə, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət alaraq xarici ölkələrin ərazisində ayrı-ayrı ali məktəblərdə təhsil almadıqları halda, guya onların göstərilən təhsil müəssisələrinə tələbə kimi qəbul olunmaları barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlərin tərtib olunaraq təhsil almaları rəsmiləşdirildikdən sonra, “Azərbaycan Beynəlxalq Universiteti”nin müvafiq fakültələrinə köçürülmələrini təşkil edərək qeyd olunan qanunsuz hərəkətlərinə görə ayrı-ayrı tələbələrdən ümumilikdə 370.586 manat məbləğində külli miqdar təşkil edən pul vəsaitini təkrarən rüşvət kimi almasına;
- “Azərbaycan Beynəlxalq Universiteti”nin fəaliyyətinin davam etdirilməsi və digər qanunsuz əməllərinin həyata keçirilməsini təmin etmək üçün rüşvət qismində vəzifəli şəxslərə çatdırılması məqsədilə 2005-ci ilin oktyabr-noyabr aylarında 1.000.000 ABŞ dolları, 2009-cu ilin avqust-oktyabr aylarında 1.000.000 ABŞ dolları, 2010-cu ilin əvvəllərində 130.000 ABŞ dolları və 500.000 manat, 27 dekabr 2003-cü il tarixdə 1.500.000 ABŞ dolları, 2010-cu ilin aprel ayında 1.000.000 ABŞ dolları olmaqla ümumilikdə həmin dövrlər üzrə rəsmi məzənnə ilə 4.610.153 manata bərabər 5.130.000 ABŞ dolları məbləğində pul vəsaitlərini rüşvət qismində verməsinə;
- “Azərbaycan Beynəlxalq Universiteti”in rektoru vəzifəsində işlədiyi 2007-2011-ci illərdə 1.319.772,3 manat məbləğində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
2013-cü ildə Abdullayev Elşad İslam oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2013-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Bundan başqa, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmış 162026244 nömrəli cinayət işi üzrə 19 may 2017-ci il tarixli qərarla Abdullayev Elşad İslam oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul olunmuş, lakin istintaqdan gizləndiyinə görə ona həmin ittihamı elan etmək mümkün olmayıb.
Həmin cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün 12 avqust 2024-cü il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilərək həmin idarədə ibtidai istintaqı aparılan 98765 nömrəli cinayət işinə birləşdirməklə vahid icraatda ibtidai istintaq davam etdirilir.
İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 01 sentyabr 2024-cü il tarixdə Abdullayev Elşad İslam oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Təqsirləndirilən şəxs Elşad Abdullayevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və bu barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
16:19 / 17 Aprel 2025
Azərbaycanda bu şəxslər plastik əməliyyat edə bilər — RƏSMİ SİYAHI
62
16:12 / 17 Aprel 2025
Çinin Amerika neftinə ehtiyacı yoxdur
13
16:11 / 17 Aprel 2025
Sabahın havası necə olacaq?
12
16:03 / 17 Aprel 2025
Hesablama Palatası: “İçərişəhər”də büdcə vəsaitləri qanunsuz xərclənib
19
15:55 / 17 Aprel 2025
Amerika Yaxın Şərqdə təsirini itirə bilər
19
15:38 / 17 Aprel 2025
Orduxan da prokurorluğa çağırıldı
29
15:35 / 17 Aprel 2025
Putin Rusiyanın Suriyada nəyi hədəflədiyini açıqlayıb
26
15:35 / 17 Aprel 2025
İİV-in müalicəsində hansı dərmanlardan istifadə olunur? — Həkimlə MÜSAHİBƏ
908
15:33 / 17 Aprel 2025
Avropa Ukrayna ilə bağlı razılığa gələ bilmir
26
15:18 / 17 Aprel 2025
Suqovuşanda faciə:Ölən var
223
15:14 / 17 Aprel 2025
Moldova parlament seçkilərini gözləyir
28
15:14 / 17 Aprel 2025
Rutube Özbəkistanda bloklanıb
25
15:09 / 17 Aprel 2025
Tramp FED rəhbərini mümkün qədər tez istefaya çağırır
33
15:03 / 17 Aprel 2025
Britaniya Ukraynada hakimiyyətin əslində kimin olduğunu açıqlayıb
45
14:38 / 17 Aprel 2025
Mirşahinin qardaşı həbs edildi
540
14:31 / 17 Aprel 2025
Prada Rusiya bazarına qayıtdı
41
13:59 / 17 Aprel 2025
Ailənin yeganı övladı idi,şəhid oldu — Adilsiz keçən 32-ci yaş...
356
13:45 / 17 Aprel 2025
Röyanın arxiv FOTOSU
154
13:42 / 17 Aprel 2025
26 kənddə qaz olmayacaq
53
13:09 / 17 Aprel 2025
Pensiyalarla bağlı VACİB XƏBƏR: 59 yaşından olacaq
439
12:38 / 17 Aprel 2025
3 şəhid dəfn olunacaq
60
12:18 / 17 Aprel 2025
Dneprə dron hücumu - Ölən və yaralananlar var
57
11:54 / 17 Aprel 2025
Van Damm Putinə müraciət etdi - “Sülh səfiri olmaq istəyirəm”
73
11:41 / 17 Aprel 2025
Bu il Xocavəndə ilk köç nəzərdə tutulur
68
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.