Bakıda işlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanıldı
22 Avqust 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1817
09.04.2025, 15:19
Həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun bacısı oğlu şantaj edilib.
Oxu24.com xəbər verir ki,Musavat.com-un əldə etdiyi məlumata görə generalın Faiq adlı bacısı oğlu hazırda N saylı hərbi hissələrdən birində Maliyyə Xidmət rəisi vəzifəsində xidmət edir.
Onu şantaj edən isə tanışı İsmayıl adlı şəxs olub. Belə ki, İsmayıl adlı şəxs generalın bacısı oğlundan dövlət qurumlarına şikayət edib. İsmayıl şikayətində göstərib ki, həbsdə olan generalın yeyinti və mənimsəmə işlərində bacısı oğlu Faiqin də əli olub.
Faiq bu şikayətlərin qarşısını almaq üçün bir neçə dəfə İsmayılla əlaqəyə keçib. Onların ortaq tanışı vasitəsi ilə razılığa gəliblər.
Məlumata görə İsmayıl şikayətləri dayandırmaq üçün Faiqdən 10 min manat istəyib. Sonra 6 min manata razılaşıblar. İsmayıl 3 min manatı alandan sonra həbs edilib.
Generalın bacısı oğlu yarıçılpaq fotoları ilə də şantaj edilib. Faiqin çimərlik geyimində olan fotoları İsmayılın mobil telefonunda aşkar edilib.
Xatırladaq ki, general Nizami Məmmədov külli miqdarda mənimsəmədə ittiham edilərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
18:26 / 22 Avqust 2026
22
18:21 / 22 Avqust 2026
1
13:55 / 22 Avqust 2026
75
13:36 / 22 Avqust 2026
482
13:34 / 22 Avqust 2026
99
13:31 / 22 Avqust 2026
102
12:55 / 22 Avqust 2026
108
12:55 / 22 Avqust 2026
93
12:35 / 22 Avqust 2026
86
12:34 / 22 Avqust 2026
122
12:15 / 22 Avqust 2026
89
11:59 / 22 Avqust 2026
103
11:40 / 22 Avqust 2026
114
11:25 / 22 Avqust 2026
104
11:04 / 22 Avqust 2026
110
10:54 / 22 Avqust 2026
108
10:30 / 22 Avqust 2026
105
10:10 / 22 Avqust 2026
101
09:50 / 22 Avqust 2026
94
09:30 / 22 Avqust 2026
114
09:18 / 22 Avqust 2026
93
09:08 / 22 Avqust 2026
105
09:04 / 22 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.