ŞOK! Tələbə güllə yarasından ölübmüş — FOTO
15 Aprel 2025, 21:33
Qaynar xətt:
(+99450) 247 90 86Baş həkim məhkəməyə çağırılacaq
KRİMİNAL
220
09.04.2025, 12:21
Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Aynur Bayramovanın vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
Vəsatətdə bildirilib ki, o, bir neçə xəstəlikdən əziyyət çəkir. Vəkil Aynur Bayramovanın müalicə və əməliyyat olunması üçün barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, təqsirləndirilən şəxsin əməliyyat olunması üçün məhkəməyə hər hansı bir sənəd təqdim olunmayıb. Ona görə də, vəsatət rədd edilib.
Prosesdə zərərçəkən Ramin İsmayılov Nuridə Seyidova və Aynur Bayramovaya qarşı 15 min dollar mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib.
Prosesdə şahid qismində ifadə verən Zaur Qədirov deyib ki, bacısı oğlu xəstəlikdən əziyyət çəkib. Bununla bağlı Aynur Bayramovaya 12 min dollar pul verilib. Onun sözlərinə görə, pulu verəndən sonra uşaq nə əməliyyat olunub, nə də ödəniş geri qaytarılıb.
Müttəhim Aynur Bayramova ona pul verilmədiyini və şahidi tanımadığını deyib.
Digər şahid Ruslan Hacıyevin sözlərinə görə, övladı talassemiya xəstəsi olduğu üçün bununla bağlı Aynur Bayramova ilə tanış olublar: "Onunla görüşəndə 17 min manat istədi, bacım onlara 10 min dollar verdi".
Aynur Bayramova deyib ki, onlar pulu Nuridə Seyidovaya verib. N.Seyidova ona pul verildiyini qəbul edib. O, bildirib ki, Ruslan Hacıyevin bacısından alınan pul xəstənin müalicəsi üçün köçürülüb.
Həmçinin oxuyun
Daha sonra hazırda ölkədə olmayan digər zərərçəkənlərin ibtidai istintaqda verdiyi ifadələri elan olunub.
Prosesdə müttəhim Aysel Məmmədova Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazıminin və Tarıyel Ömərovun məhkəmədə şahid qismində dindirilməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.
Həmçinin, təqsirləndirilən Aynur Bayramova da Talassemiya Mərkəzinin sabiq baş həkimi Xuraman Cəfərovanın və həmin mərkəzin sabiq baş direktoru Valeh Hüseynovun da məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. Məhkəmə bu vəsatəti də təmin edib.
Proses aprelin 16-da davam edəcək.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
11:40 / 16 Aprel 2025
Yüksək vəzifəyə təyinat oldu — FOTO
13
11:21 / 16 Aprel 2025
ŞOK hadisə! Nazirin müavini masadan qızıl qələm oğurladı
58
11:14 / 16 Aprel 2025
Güclü külək Bakıda 55 ağacı sındırıb - FOTO
14
11:05 / 16 Aprel 2025
Qızıl kəskin bahalaşdı
12
10:58 / 16 Aprel 2025
Mixeil Kavelaşvili Bakıda şəhidlərin xatirəsini anıb
13
10:36 / 16 Aprel 2025
Anar Əliyev vətəndaşlarla görüşəcək
17
10:28 / 16 Aprel 2025
Bakıda taksilərin qiyməti qalxdı: 60 manat
235
10:05 / 16 Aprel 2025
Sürücülərə xəbərdarlıq
20
10:04 / 16 Aprel 2025
FHN insanları xilas edir - VİDEO
21
22:36 / 15 Aprel 2025
Kartof püresinin dadını tamamilə dəyişən gizli inqrediyent
100
22:10 / 15 Aprel 2025
Yaponiyada yaponların sayı azaldı
84
21:33 / 15 Aprel 2025
ŞOK! Tələbə güllə yarasından ölübmüş — FOTO
1049
20:36 / 15 Aprel 2025
Netanyahu Qəzzaya gedir
112
20:34 / 15 Aprel 2025
Amerikalılar Suriyanı tərk edirlər
116
20:24 / 15 Aprel 2025
Ən xoşbəxt və bədbəxt ölkələr açıqlandı — SİYAHI
128
20:17 / 15 Aprel 2025
Ucarda xəstə norkozdan sonra komaya düşüb
124
19:49 / 15 Aprel 2025
Fransa və Ermənistan narkotik ticarətində hansı rola malikdir?
240
19:45 / 15 Aprel 2025
Mehriban Əliyeva körpələr evində — FOTOLAR
132
19:42 / 15 Aprel 2025
Tramp Harvardın cəzalandırılmasını təklif edir
120
19:39 / 15 Aprel 2025
HƏMAS ABŞ vətəndaşı olan qrupla əlaqəni kəsir
113
19:31 / 15 Aprel 2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə!
129
19:22 / 15 Aprel 2025
Tələbə vəfat etdi
727
18:52 / 15 Aprel 2025
XTQ-nin ən gənc kəşfiyyatçısı kimi tarixə düşən 18 yaşlı şəhid — Bu gün onun doğum günüdür
964
18:49 / 15 Aprel 2025
Zelenski NATO-nun baş katibi ilə danışıqlardan danışıb
118
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.