Polis Qubada əməliyyat keçirib
13 Dekabr 2025, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
448
07.04.2025, 23:26
Astara rayonunda 1984-cü il təvəllüdlü Nuru ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Könülə (adlar şərtidir - red.) xəsarət yetirib.
Oxu24.com Demokrat.az-a istinadən xəbər verir ki, hadisə 30 dekabr 2024-cü ildə Astara rayonunun kəndlərindən birində baş verib. Nuru həmin gün səhər saat 7 radələrində birgə yaşadıqları evdə həyat yoldaşı ilə mübahisə zamanı onun sağ göz nahiyəsinə bir dəfə yumruqla zərbə vurub və ona xəsarətlər yetirib.
Hadisəni törədən Nurunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nuru ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, arabir spirtli içki qəbul edir, buna görə də həyat yoldaşı ilə aralarında narazılıq yaranır: "Hadisədən bir gün əvvəl, axşam saat 22 radələrində evdə spirtli içki qəbul etdim. Arvadıma "musiqiyə qulaq asmaq istəyirəm" dedim. Arvadım da yataq otağından çıxdı. Ertəsi gün, səhər saat 7 radələrində arvadım yatdığı otağa daxil oldu. Ona "niyə özbaşına yataq otağına daxil olmusan" deyə arvadımdan soruşdum. O, isə "bu otaq bizim ümumi yataq otağımızdır, haraya gedim" deyə cavab verdi. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı bir dəfə onun üz nahiyəsindən zərbə vurdum".
Həmçinin oxuyun
İş üzrə zərərçəkmiş qismində ifadə verən Könülün sözlərinə görə, həyat yoldaşı Nuru heç bir yerdə işləmir, spirtli içki aludəçisidir, buna görə də ailədə tez-tez narazılıq yaranır, mübahisələri olur: "Sonuncu dəfə dekabrın 29-da, axşam saat 22 radələrində Nuru evdə spirtli içki qəbul etdi, yataq otağından məni qovdu, musiqiyə qulaq asmaq istədiyini, yataq otağından evin digər otağına keçərək orada yatmağımı bildirdi. Ertəsi gün, səhər saat 7 radələrində Nurunun yatdığı otağa daxil olaraq paltarlarımı götürəndə məni gördü. Mənə niyə yataq otağıma özbaşına daxil olmağımı soruşdu. Bu otaq bizim ümumi yataq otağımız olduğu cavabını verdim. Bu dediklərim Nurunun xoşuna gəlmədi. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı Nuru yumruqla üz nahiyəmdən bir dəfə zərbə vurdu".
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nuru min manat miqdarında cərimə cəzasına məhkum edilib.
14:50 / 13 Dekabr 2025
4
14:38 / 13 Dekabr 2025
21
14:28 / 13 Dekabr 2025
30
14:22 / 13 Dekabr 2025
31
14:12 / 13 Dekabr 2025
111
13:14 / 13 Dekabr 2025
450
13:07 / 13 Dekabr 2025
222
12:58 / 13 Dekabr 2025
128
12:16 / 13 Dekabr 2025
837
12:08 / 13 Dekabr 2025
92
11:44 / 13 Dekabr 2025
69
11:30 / 13 Dekabr 2025
78
11:09 / 13 Dekabr 2025
871
11:07 / 13 Dekabr 2025
383
10:25 / 13 Dekabr 2025
1070
09:15 / 13 Dekabr 2025
860
09:06 / 13 Dekabr 2025
600
08:45 / 13 Dekabr 2025
128
08:37 / 13 Dekabr 2025
154
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1101
00:01 / 13 Dekabr 2025
742
23:20 / 12 Dekabr 2025
669
23:12 / 12 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.