Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
11 Aprel 2025, 11:48
Qaynar xətt:
(+99450) 247 90 86Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib
KRİMİNAL
249
01.04.2025, 20:40
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası aprelin 1-də davam etdirilib.
Oxu24.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Məhkəmənin bugünkü iclasında Ermənistanın dövlət qurumlarının, vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, Ermənistan dövləti tərəfindən aparılan təcavüzkar müharibənin gedişində çoxsaylı cinayət faktları törətmiş cinayətkar birliyə təqsirləndirilən şəxs Ruben Vardanyan 2020-ci ilin dekabr ayında qoşulduqdan sonra həmin birlik tərəfindən törədilən cinayətlər nəticəsində zərərçəkmiş şəxslər dindirilib.
İclasa sədrlik edən Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs, Azərbaycan Müdafiə Nazirliyinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun “N saylı” hərbi hissəsinin maddi-texniki təminat bölməsinin rəisi Söhbət Şükürov ifadə verərək xidmət yerinin Ermənistan silahlı qüvvələri ilə təmas xəttindən uzaq məsafədə yerləşməsinə baxmayraq, Ermənistan Silahlı Qüvvələrinin keçirdiyi hərbi təxribat zamanı minaatanlardan açılmış atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.
Bundan başqa, ifadə verən Azərbaycan Müdafiə Nazirliyinin “N saylı” hərbi hissəsinin tibb bölməsinin feldşeri Samir Yusifov Ermənistan Silahlı Qüvvvələri tərəfindən Kəlbəcər rayonunda genişmiqyaslı təxribat xarakterli hərəkətlər törədilməsinin qarşısı alınan zaman Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş hərbi qulluqçularının meyitlərini atəş altından çıxarmaq istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.
Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxslər Samir Kərimov, Orxan Nəcəfov, Əliyar Məmmədov, Əli Qarazadə, Qurban Qurbanov, Hüseynbala Sayıllı, Rəhman Qasımov, Ülvi Musayev, Ruslan Əliyev, Bəxtiyar Salmanov, Ariz Qəhrəmanov, Azər Abdullayev, Tofiq Abışov, Asif Mikayıllı, Qasım Qəribov, Anar Nəbiyev, Ehtiram Səmədov, Rəşmi Hümbətov, Ceyhun Rzaquliyev, Yunis Abdiyev, Dilqəm Səfərov, Əhməd Əhmədzadə və digərləri təqsirləndirilən şəxs Ruben Vardanyanı media və sosial şəbəkələr vasitəsilə tanıdıqlarını, onunla şəxsi tanışlıqlarının olmadıqlarını bildiriblər.
Onlar hərbi xidmətdə olarkən Kəlbəcər və Ağdam rayonlarında Ermənistanın hərbi təxribatı zamanı müxtəlif təyinatlı silahlardan, o cümlədən snayper tüfəngindən açılmış atəş, minaatanların mərmilərinin partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarını bildiriblər.
Həmçinin oxuyun
Dindirmədən sonra zərərçəkmiş şəxslər hakimlərin, dövlət ittihamını müdafiə edən prokurorların xidmət yerləri, hərbi təxribatların törədildiyi konkret ərazilər, hadisə nəticəsində yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi və lokalizasiyası barədə suallarını cavablandırıblar.
Ardınca məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci, 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107-ci (əhalini deportasiya etmə və məcburi köçürmə), 109-cu (təqib), 110-cu (insanları zorakılıqla yoxa çıxarma), 112-ci (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113-cü (işgəncə), 114.1-ci (muzdluluq), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1-ci, 116.0.2-ci, 116.0.10-cu, 116.0.11-ci, 116.0.16-cı, 116.0.18-ci (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.7-ci, 120.2.11-ci, 120.2.12-ci (qəsdən adam öldürmə), 29,120.2.1-ci, 29,120.2.3-cü, 29,120.2.4-cü, 29,120.2.7-ci, 29,120.2.11-ci, 29,120.2.12-ci (qəsdən adam öldürməyə cəhd), 192.3.1-ci (qanunsuz sahibkarlıq), 214.2.1-ci, 214.2.3-cü, 214.2.4-cü (terrorçuluq), 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.1-ci, 218.2-ci (cinayətkar birlik yaratma), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2-ci, 270-1.4-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1-ci, 279.2-ci, 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Foto
14:23 / 11 Aprel 2025
Panik atakı olanlar mütləq oxusun! — Həkim xilas yolunu açıqladı
110
14:20 / 11 Aprel 2025
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirilib
15
13:35 / 11 Aprel 2025
Monteneqro onilliyin sonuna kimi Aİ-yə üzv olmağı hədəfləyir
28
13:34 / 11 Aprel 2025
Ceyhunun qətli ilə bağlı komandirinə - 5 il həbs tələbi
39
13:32 / 11 Aprel 2025
Kreml Putinin Hərbi Dəniz Qüvvələrinin inkişafı ilə bağlı görüşünü elan edib
27
13:29 / 11 Aprel 2025
Əmək pensiyası dövlət büdcəsindən ödənilən şəxslərin siyahısı genişləndirilir
40
13:25 / 11 Aprel 2025
Fransa Ukrayna və Moldova ilə sərhəddə Rusiyaya qarşı əməliyyatlar planlaşdırır
24
12:55 / 11 Aprel 2025
Sığınacaqdakı uşaqların problemi var — VİDEO
192
12:44 / 11 Aprel 2025
Yeni təyinatlar baş tutub — ADLAR
48
12:07 / 11 Aprel 2025
Salah "Liverpul"la müqaviləni uzadıb
48
11:57 / 11 Aprel 2025
Tiktokdakı "falçılar" tutular
588
11:50 / 11 Aprel 2025
“Sudurqa tutub, ayağı qazda qalıb” – Qəza törədən sürücünün qohumundan açıqlama
73
11:48 / 11 Aprel 2025
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
50
11:32 / 11 Aprel 2025
Sport yaylar: 150 manatlıq cərimə?— Ekspert danışır
159
11:12 / 11 Aprel 2025
Həmin taksidəki qadın danışdı - “Bir də gördüm ki...”
103
10:54 / 11 Aprel 2025
"Uçan" taksinin sürücüsü haqda yeni məlumatlar — VİDEO
886
10:36 / 11 Aprel 2025
Firad Əliyevə ağır itki
263
10:14 / 11 Aprel 2025
Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
53
09:56 / 11 Aprel 2025
Müdafiə Nazirliyi açıqlama yaydı
170
09:54 / 11 Aprel 2025
Yeni baş həkim təyin olundu
64
09:50 / 11 Aprel 2025
Hadisə sevgilisindən ayrıldı
61
09:40 / 11 Aprel 2025
Leo Benhakker vəfat etdi
63
09:20 / 11 Aprel 2025
Tramp Çinlə razılaşa biləcəyinə əmindir”
58
09:10 / 11 Aprel 2025
Ukrayna Ərdoğana təşəkkür etdi
58
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.