Qaynar xətt:

(+99450) 247 90 86

"Patı" çəkib bu hala düşdü    —  Ekspert xəbərdarlıq etdi 

\"Patı\" çəkib bu hala düşdü    —  Ekspert xəbərdarlıq etdi 

KRİMİNAL

3326

14.03.2025, 13:17

“Patı” qəbul etdikdən sonra alt geyimində küçəyə çıxan şəxsin videosu sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Oxu24.com qeyd edir ki, görüntülər Ukraynada çəkilsə də,Azərbaycan üçün də öz aktuallığını qoruyur.Görülən tədbirlərə,aparılan maarifləndirmə işlərinə baxmayaraq cəmiyyət bu gün də bu bəladan xilas ola bilməyib.

Bəs,”patı” nədir ki,insanı bu hala salır?

Mövzu ilə bağlı Oxu24.com saytına danışan Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert  Emil  Maqalov bildirib ki, “patı” mərkəzi sinir sistemini stimulyasiya edən sintetik narkotik maddədir.

“”Patı” 1893-cü ildə Yapon alimi tərəfindən müharibələrdə iştirak edən kamikadzelər üçün istifadə yaradılmış zəhərdir. Bu, həzz  almaq üçün istifadə olunan narkotik  vasitə  deyil. Bundan istifadə birinci dəfədən də  öldürə  bilir. Əlbəttə ki,ilk qəbuldan  fiziki və psixoloji  asılılıq yarada bilir. Hazırda bəzi narkotik istifadəçiləri bunu “kakos” adlanan   heroinlə birgə istifadə edir. Bu halda onlar soyunurlar, özlərini tamamilə itirirlər. El dilində desək, divara-daşa dırmaşırlar. Etdikləri hərəkətlərdən özlərinin  xəbəri olmur. Bu maddəni qəbul etdikdə bədəndə təzyiq yüksəlir, bədən  istiliyi artır, göz bəbəkləri böyüyür. Beynin funksiyası pozulur və istifadəçi bir çox hallarda 2-3 gün yatmır, yeməkdən imtina edir, özünü enerjik hiss edir. Ancaq davamlı istifadə zamanı metamfetamin insanı depressiyaya salır və bu da intihara səbəb olur”,-deyə ekspert bildirib.

Fotoda Emil Maqalov 

Qeyd edək ki,Dövlət səviyyəsində narkotiklərlə mübarizə fasiləsiz davam etdirilir.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 413, qanunsuz satış ilə bağlı faktların sayı 137, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 277, qrup halında olan cinayətlərin sayı 13 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 7 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 80 kq 693,581qr, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 226 nəfər, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 3 nəfər azalıb. Bu kateqoriyadan olan digər cinayətlərin sayı 1 vahid artıb.

2024-cü ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 57 kq 878,85 qr (67,1%), tiryəkin çəkisi 2 kq 958,494 qr (18,4%), həşişin çəkisi 13 kq 603,05 qr (59,6%), psixotrop maddələrin çəkisi 8 kq 119,957 qr (35,2%) azalıb.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 750 kq 328,026 qr-n  (90,7 %) marixuana təşkil edib.Onun da 623 kq 411,36 qramı (83%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 57 kq 624,6 qramı  (7,6 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.

Qeyd olunan məlumatlar Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatdan götürülüb.

Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

17:31 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

125

0
Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

17:09 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

91

0
Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

16:36 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

123

0
Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

16:15 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

142

0
Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

15:59 / 23 Avqust 2026

DÜNYA DÜNYA

Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

109

0
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

15:19 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

124

0
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

15:04 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

112

0
“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - Video 

14:39 / 23 Avqust 2026

OXU24 TV OXU24 TV

“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - Video 

89

0
Hikmət Hacıyev: Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub 

14:20 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev: Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub 

95

0
Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir 

14:18 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir 

88

0
“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto 

14:09 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto 

85

0
Azərbaycanda yeni qanun bu gündən qüvvəyə mindi

14:01 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda yeni qanun bu gündən qüvvəyə mindi

132

0