Azərbaycan onları axtarır - SİYAHI
23 Avqust 2026, 13:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2155
14.03.2025, 12:06
Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə sabiq direktor müavini Lalə Novruzova həbs edilib.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2022-ci ildə korrupsiya əməlləri ilə bağlı işdən çıxarılan L.Novruzovaya hökm oxunub.
Məhkəmədə o, Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci (Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin balansında olan təhsil mərkəzində aparılan yoxlamalar zamanı külli miqdarda pulun ələ keçirilməsi üzə çıxıb. Həmin vaxt Lalə Novruzova vəzifədən azad edilib və mərkəzdə qarmon müəllimi kimi fəaliyyətinə davam edib.
İstintaq müddətində o, polisin nəzarəti altına verilməklə sərbəst buraxılıb.
Məhkəmə Lalə Novruzovanın dövlət büdcəsinə vurduğu ziyanı ödəməməsini əsas götürərək onun həbs edilməsinə qərar verib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq vəzifəli şəxsə 3 il 6 ay həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.
Təqsirləndirilən şəxsdən 32.215,07 manat pulun tutularaq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Mədəniyyət Nazirliyinə ödənilməsi də hökmdə öz əksini tapıb.
Qeyd edək ki, L. Novruzova 2013-2022-ci illərdə Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edib.
01:40 / 24 Avqust 2026
41
00:26 / 24 Avqust 2026
50
23:40 / 23 Avqust 2026
78
22:46 / 23 Avqust 2026
65
21:04 / 23 Avqust 2026
89
20:22 / 23 Avqust 2026
68
19:55 / 23 Avqust 2026
107
19:12 / 23 Avqust 2026
119
19:02 / 23 Avqust 2026
117
18:44 / 23 Avqust 2026
118
17:40 / 23 Avqust 2026
82
17:31 / 23 Avqust 2026
125
17:09 / 23 Avqust 2026
91
16:36 / 23 Avqust 2026
123
16:15 / 23 Avqust 2026
142
15:59 / 23 Avqust 2026
109
15:19 / 23 Avqust 2026
124
15:04 / 23 Avqust 2026
112
14:39 / 23 Avqust 2026
89
14:20 / 23 Avqust 2026
95
14:18 / 23 Avqust 2026
88
14:09 / 23 Avqust 2026
85
14:01 / 23 Avqust 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.