Qaynar xətt:

(+99450) 247 90 86

42 milyonluq məhkəmə işində Nəcməddin Sadıqovun adı çəkildi   –  DETALLAR 

42 milyonluq məhkəmə işində Nəcməddin Sadıqovun adı çəkildi   –  DETALLAR 

KRİMİNAL

812

13.03.2025, 18:30

Müdafiə Nazirliyinin sabiq işçisi Zahid Niftəliyevin (“Şlyapa Zahid”) 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu24.com  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə şahid qismində danışan Mürsəl Əliyev deyib ki, "Şahin CO" MMC vergi hesabatlarını boş verib, buna səbəb şirkətin fəaliyyət göstərməməsi olub:

“Zahid Niftəliyevi “Şahin CO” şirkəti ilə bağlı tanımışam, onu 2-3 dəfə görmüşəm”.

Şahidin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğundan onun istintaq ifadəsi elan olunub.

Mürsəl Əliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev və Müşahidə Şurasının sədri Fərid Hüseynovun göstərişi ilə “AES kapital” MMC-ni təsis etdiyini deyib:

“Şirkətin yaradılmasında məqsəd tikinti işləri ilə məşğul olmaq olub. Bundan başqa “Şahin CO” MMC-yə kreditin ayrılması göstərişini Fazil Məmmədov verib, bunu da Silahlı Qüvvələrin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkov xahiş edib. İlk dəfə 10 milyon, daha sonra 13 milyon 660 min, daha sonra isə 7 milyon kredit ayrılıb”.

Şahid isə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləməyib.

Daha sonra “Ata Bank”müşahidə şurasının üzvü İltifat Ağayev ifadə verib. O bildirib ki, “Şahin CO” MMC-yə kreditin ayrılması barədə müzakirə bankın müşahidə şurasında yox, kənarda müzakirə edilib və o yalnız sənədlərə qol çəkib:

“Bu da mənim nöqsanım olub, müzakirəsində iştirak etmədiyim müqaviləyə qol çəkmişəm”.

Proses aprelin 2-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvətalma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Azadlığa buraxıldıqdan sonra o, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "AtaBank" ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan "AtaBank" ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub. Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

17:31 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

125

0
Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

17:09 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

91

0
Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

16:36 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

123

0
Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

16:15 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

142

0
Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

15:59 / 23 Avqust 2026

DÜNYA DÜNYA

Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

109

0
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

15:19 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

124

0
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

15:04 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

112

0
“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - Video 

14:39 / 23 Avqust 2026

OXU24 TV OXU24 TV

“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - Video 

89

0
Hikmət Hacıyev: Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub 

14:20 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev: Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub 

95

0
Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir 

14:18 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan-Özbəkistan mədəni-humanitar əlaqələri inkişaf edir 

88

0
“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto 

14:09 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Özbəkistana dövlət səfərindən gözəl xatirə” - Foto 

85

0
Azərbaycanda yeni qanun bu gündən qüvvəyə mindi

14:01 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanda yeni qanun bu gündən qüvvəyə mindi

132

0