Azərbaycan onları axtarır - SİYAHI
23 Avqust 2026, 13:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1494
12.03.2025, 19:33
Bakıda yolun ortasında sürücünü beysbol dəyənəkləri ilə döyənlər həbs edilib.
Oxu24.com xəbər verir ki, paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində “Chevrolet” markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurması faktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar verilib.
Cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları (beysbol dəyənəkləri-red.) ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.
01:40 / 24 Avqust 2026
41
00:26 / 24 Avqust 2026
50
23:40 / 23 Avqust 2026
78
22:46 / 23 Avqust 2026
65
21:04 / 23 Avqust 2026
89
20:22 / 23 Avqust 2026
68
19:55 / 23 Avqust 2026
107
19:12 / 23 Avqust 2026
119
19:02 / 23 Avqust 2026
117
18:44 / 23 Avqust 2026
118
17:40 / 23 Avqust 2026
82
17:31 / 23 Avqust 2026
125
17:09 / 23 Avqust 2026
91
16:36 / 23 Avqust 2026
123
16:15 / 23 Avqust 2026
142
15:59 / 23 Avqust 2026
109
15:19 / 23 Avqust 2026
124
15:04 / 23 Avqust 2026
112
14:39 / 23 Avqust 2026
89
14:20 / 23 Avqust 2026
95
14:18 / 23 Avqust 2026
88
14:09 / 23 Avqust 2026
85
14:01 / 23 Avqust 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.