Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
02 May 2025, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
780
21.01.2025, 16:10
Azərbaycanlı tanınmış plastik cərrah Türkanə Gündüzün həyat yoldaşı tərəfindən xüsusi amasızlıqla qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Oxu24.com "Teleqraf.com"-a stinadən xəbər verir ki, hadisənin təfərrüatlarını təqdim edir:
13 yaşlı qızın gözləri önündə törədilən qətl
İttihama görə, hadisə uzun sürən ailədaxili mübahisələr nəticəsində baş verib. Belə ki, Türkiyə vətəndaşı olan Muhammet Gündüz Türkanə Hacıyeva ilə 2002-2015-ci illərdə qeyri-rəsmi, 2015-ci ildən isə rəsmi nikahda olublar. 2018-ci ildən etibarən Türkanə plastik-cərrah kimi işləməyə başlayıb və işi ilə əlaqədar evə gec gəlirmiş. Bu da M. Gündüzün narazılığına səbəb olub. M. Gündüz dəfələrlə həyat yoldaşı ilə birlikdə Türkiyəyə köçmək istəsə də, Türkanə buna etiaz edib. Nəticədə ər-arvad arasında soyuqluq yaranıb.
2023-cü ilin may ayında ər-arvad Abşeron rayonu, Novxanı kəndi, İlqar Mirzəyev küçəsində yerləşən fərdi yaşayış evində mübahisə edib. Mübahisə nəticəsində M. Gündüz həyat yoldaşına 13 yaşlı qızının gözü qarşısında 7 bıçaq zərbəsi vurmaqla onu xüsusi amansızlıqla qətlə yetirib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü ittihamlarda təqsirli bilməyib. Qeyd edib ki, həyat yoldaşı ilə bir-birilərini sevib, ailə qurublar:
“Türkanəni tanıyanda tələbə idim. Onunla tanış olduq, münasibətimiz yarandı və ailə qurmağa qərar verdik. Həmin vaxt atam buna razı olmadı və məni evdən qovdu. Amma mən Türkanədən ayrılmadım. 2018-ci ildə Türkanə işləməyə başladı, qazancı artdı. Bundan sonra o, mənimlə mübahisə etməyə başladı.
Məni söyür, alçaldırdı. Dəfələrlə ona xəbərdarlıq etdim ki, hərəkətlərinə son qoysun. Türkanə mənim Konyadakı evimdə xadimə işləyən qadınla ona xəyanət etdiyimdən şübhələnməyə başladı. Evə kamera qoydurdum ki, şübhələr aradan qalxsın. Amma yenə də qısqanırdı. Türkiyəyə köçdük, bir müddət orada yaşadıq. Bir dəfə Türkanə dedi ki, atası ağır xəstələnib və Bakıya qayıtmalıdır. Etiraz etmədim, hətta qızımın da onunla getməsinə icazə verdim".
"Kürdəmirə çatanda dedi ki, Bakıdayam"
Onları Bakıya yola saldım. Bir neçə gün sonra Türkanə mənə zəng vurub dedi ki, boşanmaq istəyir. Məhkəmədən rəsmi bildiriş də gəldi. Səbəbini soruşanda Türkanə dedi ki, guya mən ona xadimə ilə xəyanət etmişəm.
Xadiməni işdən çıxardım ki, şübhələr yox olsun. Amma alınmadı. 10 gün sonra Bakıya gəldim. Bakıya gəlməyim barədə ona məlumat vermədim. Ölkəyə çatan kimi ona zəg vudum. Dedi ki, iş yoldaşları ilə Gəncədədir. Sərxoş vəziyyətdə mənimlə danışıb, təhqir etdi.
Dedim ki, mən də Gəncəyə gəlirəm, birlikdə gəzək. Gəncəyə yola düşdüm, Kürdəmirə çatanda Türkanə zəng vurub dedi ki, artıq Bakıdakı evimizdədir. Kürdəmirdən geri qayıtdım, evə gəldim. Dedi ki, Gəncəyə getməyib, rəfiqəsi ilə başqa yerdə əylənirmiş. And içdim ki, ona xəyanət etməmişəm. İnandı və bundan sonra münasibətlərimiz normal oldu.
Bir müddətdən sonra o, yenidən söz-söhbət yaratmağa başladı, hətta valideynlərimi də təhqir etdi. Stolun üstündəki qəndqabını mənə atdı. Mən də stolun üstündəki meyvə bıçağını götürüb ona bir neçə zərbə vurdum. Əsəbi olduğum üçün onu neçə dəfə vurduğumu xatırlamıram”.
Həmçinin oxuyun
"Təcili yardıma işarə elədim ki, qatil atamdır”
Prosesdə şahid qismində dindirilən cütlüyün 13 yaşlı qızı isə bildirib ki, hadisə günü axşam saatlarında atası onun yanına gəlib, anası ilə boşanacağı təqdirdə onun münasibətini soruşub:
“Dedim ki, onların işinə qarışmıram. Bir müddət sonra anam işdən gəldi. Ona yemək verib, otağıma keçdim. Anam bir az yatandan sonra durub, atamla çay içməyə başladı. Birdən səs eşitdim. Kimsə qaçırdı, anam qışqırdı. Qapını açıb, dəhlizə çıxanda gördüm ki, atam mətbəxə bıçaq gətirməyə qaçdı. Atamın qarşısını kəsib yalvardım ki, anamı öldürməsin. Dedi ki, kənara çəkilməsəm, məni də öldürəcək. Atam məni kənara itələyib, anama hücum etdi.
3 bıçaq vurandan sonra anam onun əlindən çıxıb qapıya tərəf qaçmağa başladı. Bu vaxt atam onu tutub arxadan bıçaqladı. Anam yerə yıxıldı. Təcili tibbi yardıma zəng etmək istədim, telefonumda kontur yox idi. Atamın telefonu ilə zəng vursam da, ünvanı deyə bilmədim. Atam təcili tibbi yardıma ünvanı izah elədi. Təcili yardım gələndə atam onlara dedi ki, guya anam özünü bıçaqlayıb. Atam gözləmirdi ki, mən həqiqəti deyərəm. Mən təcili yardıma işarə elədim ki, qatil atamdır”.
"Bacım onun xəyanətinə kamerada baxmışdı"
Məhkəmədə zərərçəkmişin bacısı da ifadə verib. O bildirib ki, bacısı ilə Muhammet Gündüz bir-birilərini sevərək, ailə qursalar da, sonradan Türkanə həyat yoldaşının xəyanətinin üstünü açıb:
“Onların Türkiyədəki evində kamera var idi. Bacım bir dəfə kameraya baxarkən görüb ki, Muhammet evindəki xadimə ilə ona xəyanət edir. Bundan sonra onların arasında münasibət gərginləşdi. Tez-tez mübahisə edirdilər. Muhammet dəfələrlə buna görə bacımı döymüşdü. Hətta bir dəfə Muhammet bacımı bıçaqla hədələmişdi”.
"Bacım anama zəng vurdu ki, Muhammet qapını baltalayır"
Şahid bildirib ki, Muhammet 2018-ci ildə də bacısını öldürmək istəyib:
“Onda bacımgil Türkiyədə yaşayırdı. Bacım anama zəng vurub dedi ki, Muhammet evin qapısını balta ilə dağıdıb, içəri girib, onu öldürmək istəyir.
Hadisə günü bacımın qızı zəng edib, atasının anasını bıçaqladığını dedi, məni çağırdı. Əvvəlcə heç nə anlamadım. Onlara gedəndə gördüm ki, evdə təcili yardım maşını var. Bacım yerdə, qan içində uzanmışdı. Həkimlər dedilər ki, nəbzi vurmur”.
Prosesdə şahid ifadələrindən sonra məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Muhammet Gündüz 17 il azadlıqdan məhrum edilib.
01:12 / 03 May 2025
Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
9
23:40 / 02 May 2025
Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi oldu
27
23:36 / 02 May 2025
Konstitusiya Məhkəməsindən əmlakın müsadirəsi ilə bağlı yeni qərar
19
22:42 / 02 May 2025
Xocalıda 17 yaşlı oğlanın əlində qumbara partladı - Barmaqlarını itirdi
71
21:57 / 02 May 2025
Pensiya və dövlət büdcəsi hesabına əməkhaqqı alanlara xoş xəbər
47
21:33 / 02 May 2025
Bakıda BÖYÜK SÖKÜNTÜ - Bu ərazilər plana düşür
263
21:30 / 02 May 2025
Ən tez aldanan 5 bürc – Hamıya inanırlar
48
21:16 / 02 May 2025
DİM qəbuldakı dəyişikliklərlə bağlı acıqlama verdi
104
20:46 / 02 May 2025
Hindistan - Pakistan gərginliyi artır: Azərbaycan necə davranacaq? - AÇIQLAMA
146
20:33 / 02 May 2025
Ramiz Mehdiyev villasını satır : ŞOK QİYMƏT - VİDEO
963
20:02 / 02 May 2025
Metroda ciddi dəyişiklik olacaq - Rəsmi açıqlama
133
19:54 / 02 May 2025
“Azərsun Holdinq”in yeni rəhbəri o oldu
86
19:46 / 02 May 2025
NASA-nın Marsa Nümunəvi Qaytarma Missiyası ABŞ-da ləğv edilə bilər
59
19:28 / 02 May 2025
Tramp ABŞ-ın BMT-nin sülhməramlı missiyalarına töhfələrini dayandırmağı təklif edir
48
19:19 / 02 May 2025
Tramp NASA proqramlarına 8 milyard dollardan çox vəsait ayıracaq
54
19:17 / 02 May 2025
İnsan alverinə qarşı mübarizə mövzusu müzakirə olunub - FOTOLAR
85
19:14 / 02 May 2025
Norveçin ən varlı adamlarından biri Polşada dünyasını dəyişib
65
19:10 / 02 May 2025
Uşaqlıqda bütün ailə üzvlərini itirən,əmisi evində döyülən,evlənməkdən qorxan və dünyadan nakam gedən aktyorumuz
361
19:03 / 02 May 2025
Norveçdə neft emalı zavodunda yanğın baş verib
56
19:00 / 02 May 2025
Tramp ISS-i 2030-cu ilə qədər istismardan çıxarmağı təklif edir
55
18:58 / 02 May 2025
ABŞ ÜST, YUNESKO və BMT-yə töhfələrini dayandıracaq
57
18:54 / 02 May 2025
İrəvanda Hindistan davası
59
18:35 / 02 May 2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
101
18:21 / 02 May 2025
İmtahandan ən yüksək balı o topladı
226
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.