Qaynar xətt:

(+99450) 247 90 86

88 yaşlı kişini maşın vurub öldürdü

KRİMİNAL

182

19.01.2025, 18:02

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İmişli-Biləsuvar avtomobil yolunun rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini 1936-cı il təvəllüdlü Həsən Aslanov yolu keçmək istəyərkən “Mercedes Vito” markalı mikroavtobus tərəfindən   vurulub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.