Öldürülən Vaqifin FOTOLARI YAYILDI
08 Oktyabr 2025, 15:40
Qaynar xətt:
(+99450) 247 90 86KRİMİNAL
754
10.01.2025, 14:55
Bəzi sahibkarlıq subyektlərinin pul vəsaitlərini Azərbaycana qaytarmamasına dair Gömrük Komitəsindən daxil olmuş materiallar əsasında prokurorluqda cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Oxu24.com Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, materiallar əsasında daha bir neçə sahibkara cinayət işi açılıb.
Belə ki, Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Muradova Sahibə Səlimət qızı tərəfindən tərəfindən ümumilikdə 23,4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 39,7 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Sahibə Muradova iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə fiziki şəxs Cəfərov Vəfadar Bəxtiyar oğlu tərəfindən konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 900 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 1,5 milyon manatdan artıq) pul vəsaitini Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Vəfadar Cəfərov iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, və *308.2-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə “Azekspo-7” MMC tərəfindən ümumilikdə 1,6 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən İslamov Emin Qarakişi oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bakı şəhəri, Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Qızılağac LTK” MMC tərəfindən Azərbaycandan Rusiyaya konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 1 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 1,7 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Ağakişiyev Elşən Allahverdi oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində axtarış elan edilib.
Sabirabad rayon Rrokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddələrilə istintaq edilən cinayət işi üzrə “Paralel N” MMC tərəfindən xarici ölkəyə konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 16 min ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 27,2 min manatdan artıq) pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Dəmirov Eldar İrakif oğlu iş üzrə qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində axtarış elan edilib.
Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycanın müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
22:59 / 08 Oktyabr 2025
216
22:45 / 08 Oktyabr 2025
39
22:25 / 08 Oktyabr 2025
40
22:00 / 08 Oktyabr 2025
30
22:00 / 08 Oktyabr 2025
37
21:37 / 08 Oktyabr 2025
56
21:25 / 08 Oktyabr 2025
57
21:16 / 08 Oktyabr 2025
77
21:10 / 08 Oktyabr 2025
46
21:01 / 08 Oktyabr 2025
1783
20:45 / 08 Oktyabr 2025
48
20:16 / 08 Oktyabr 2025
392
20:15 / 08 Oktyabr 2025
64
19:33 / 08 Oktyabr 2025
61
19:32 / 08 Oktyabr 2025
52
18:20 / 08 Oktyabr 2025
57
18:00 / 08 Oktyabr 2025
63
17:00 / 08 Oktyabr 2025
83
17:00 / 08 Oktyabr 2025
82
16:40 / 08 Oktyabr 2025
86
16:35 / 08 Oktyabr 2025
120
16:32 / 08 Oktyabr 2025
84
16:30 / 08 Oktyabr 2025
77
16:05 / 08 Oktyabr 2025
300
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.