Bəşəriyyət qorxunc təhlükə ilə üz-üzə
16 Noyabr 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
634
08.10.2025, 21:25
Hindistanın ən böyük dövlət korporasiyalarından biri olan Indian Oil Rusiya neftinin tədarükü üçün yuanla ödənişi bərpa edib.
Oxu24.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bu mənbələrin məlumatına görə, şirkət artıq Rusiya ilə bir neçə əməliyyatı başa çatdırıb və onların pulunu Çin yuanı ilə ödəyib.
Neft daşımalarının qiyməti ABŞ dolları ilə göstərildiyi halda, ödənişlər indi yuanla həyata keçirilir və bu, əməliyyatları sadələşdirir və Moskva ilə Yeni Dehli arasında ticarət əlaqələrini gücləndirir.
Hindistanın neft emalı zavodları tərəfindən yuanın istifadəsi 2023-cü ildə sərhəddə silahlı münaqişədən sonra Hindistan və Çin arasında gərginliyin artması səbəbindən dayandırılıb. İndi, Yeni Dehli və Pekin arasında diplomatik ərimə fonunda, yuan ödənişləri bərpa edildi.
Sentyabrın 23-də ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bəyan edib ki, Hindistan və Çin Ukraynadakı münaqişənin “əsas sponsorları”dır, çünki onlar Rusiya neftini almağa davam edirlər.
Avqustun 27-də Tramp administrasiyası Rusiya neftinin alınmasını dayandırmaqdan imtina etdiyi üçün Hindistana 50% rüsum tətbiq edib. “The Guardian” yazır ki, tariflər geyim, tekstil, qiymətli daşlar, ayaqqabı, mebel və digər mallara şamil olunacaq.
Bundan əvvəl Hindistanın ən varlı adamı Rusiyadan 33 milyard dollarlıq neft göndərib.
Miri
15:18 / 16 Noyabr 2026
12
15:00 / 16 Noyabr 2026
44
14:30 / 16 Noyabr 2026
92
14:24 / 16 Noyabr 2026
79
14:19 / 16 Noyabr 2026
108
14:14 / 16 Noyabr 2026
79
14:10 / 16 Noyabr 2026
105
14:05 / 16 Noyabr 2026
85
14:00 / 16 Noyabr 2026
81
13:51 / 16 Noyabr 2026
126
13:47 / 16 Noyabr 2026
471
13:41 / 16 Noyabr 2026
113
13:40 / 16 Noyabr 2026
96
13:38 / 16 Noyabr 2026
212
13:35 / 16 Noyabr 2026
90
13:22 / 16 Noyabr 2026
112
13:16 / 16 Noyabr 2026
443
13:10 / 16 Noyabr 2026
135
13:06 / 16 Noyabr 2026
95
13:03 / 16 Noyabr 2026
102
13:01 / 16 Noyabr 2026
106
12:49 / 16 Noyabr 2026
104
12:44 / 16 Noyabr 2026
1058
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.