Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb
10 Oktyabr 2026, 16:47
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2587
08.10.2025, 14:23
Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu istiqamətdə daha bir neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib.
Əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Taleh Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı Rauf Hüseynov saxlanılıblar.
Adları sadalanan şəxslər ölkədən kənarda yaradılan “7isles”, "fastloto.com" və “chcplay.net” internet saytlarında təşkil edilmiş qumar oyunlarının idarəçiləri ilə cinayət əlaqəsinə keçərək əlbir olublar.
Daha sonra onlar həmin saytlar üzərindən sosial şəbəkələrdə “Ambassasdor", “Kazino 555”, “VİP 888”, “Shangrila” və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin istifadə etdikləri ofis və mənzillərə baxış zamanı elektron sübutlar, bank kartları, çoxsaylı mobil nömrə və s. sübutlar aşkarlanıb. Araşdırmalarla dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə edildiyi də müəyyən olunub.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
DİN bir daha vətəndaşları qanunsuz mərc və qumar adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyə çağırıb: "Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz onlayn mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kiberdələduzluq halları ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər".
01:41 / 11 Oktyabr 2026
824
01:28 / 11 Oktyabr 2026
8119
01:15 / 11 Oktyabr 2026
125
01:11 / 11 Oktyabr 2026
240
00:59 / 11 Oktyabr 2026
780
00:56 / 11 Oktyabr 2026
195
00:39 / 11 Oktyabr 2026
300
00:21 / 11 Oktyabr 2026
424
00:19 / 11 Oktyabr 2026
156
00:17 / 11 Oktyabr 2026
84
00:11 / 11 Oktyabr 2026
383
00:06 / 11 Oktyabr 2026
328
23:34 / 10 Oktyabr 2026
409
23:24 / 10 Oktyabr 2026
97
23:24 / 10 Oktyabr 2026
113
23:11 / 10 Oktyabr 2026
160
22:55 / 10 Oktyabr 2026
91
22:49 / 10 Oktyabr 2026
147
22:39 / 10 Oktyabr 2026
100
22:35 / 10 Oktyabr 2026
147
22:28 / 10 Oktyabr 2026
91
22:06 / 10 Oktyabr 2026
96
21:36 / 10 Oktyabr 2026
4029
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.