SON DƏQİQƏ! Milli Məclis mühüm qərarlar qəbul etdi:Bu ödənişlər artırıldı
09 Dekabr 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
2831
08.10.2025, 10:47
Bu ərazidə demək olar ki,ayda bir neçə dəfə qəza baş verir.Hətta bu qəzaların bir çoxunda ağır xəsarət alanlar və həyatını itirənlər də olur.
Söhbət Ucar rayonu,Qarabörk kəndi ərazisində yerləşən “Povorot MirHeydər Ağa” adlanan döngədən gedir. Bu kənd Zərdab rayonuna və digər kəndlərə gedən yolun üzərində yerləşdiyindən avtomobillərin hərəkətinin sıxlığı müşahidə olunur. Avtomobillərin sıx hərəkətdə olduğu ərazidə insanların həyatı və sağlamlığı üçün təhlükə də vardır. Nəzərə alsaq ki,yolun üzərində iki məktəb də yerləşir.
Bu barədə Oxu24.com-a sözügedən kəndin sakinləri məlumat verib.
Kənd sakinlərinin sözlərinə görə,ərazidə radar olmadığından avtomobillərin sürət həddinə nəzarət etmək mümkün deyil. Bu səbəbdən də burada tez-tez qəzalar baş verir. Bu isə onları daim gərgin durumda saxlayır.
Kənd sakinlərinin verdiyi məlumata görə,özləri,azyaşlı övladları daim təhlükə və qorxu altında yaşayırlar. Bununla bağlı rəsmi qurumlara müraciət edərək ərazidə sürət həddinə nəzarət məqsədi ilə radarların quraşdırılmasını xahiş ediblər.
Sakinlərin şikayəti əsasında sözügedən ünvanda olduq. Müşahidələrimiz zamanı həqiqətən də ərazidən keçən avtomobillərin sürət həddinin yüksək olması aydın görünürdü. Araşdırmamız zamanı məlum oldu ki,müxtəlif illərdə bu ərazidə baş vermiş ağır qəzalarda kənd sakinləri Ağasəf İsmayılov,Məhəbbət Şahverdiyeva,anası Naibə Şahverdiyeva və azyaşlı Həsən Xəlilov həyatlarını itiriblər. Bu,təkcə kənd ərazisində yaşayan insanlardır. Həmin ərazidə yaşamayan şəxslər də qəzalarda ölüblər və ya ağır xəsarətlər alıblar. Bu isə ərazidə təhlükənin olmasını sübut edir.
Oxu24.com məsələnin hüquqi tərəfinə nəzər salıb.
Ərazilərə radar quraşdırılması necə həyata keçirilir? Bu prosesi hansı qurum nəzarət edir?
Mövzu ilə bağlı saytımıza danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki,radarların harada qoyulmalı olması qanunvericilikdə konkret olaraq göstərilməyib.
Ekspertin sözlərinə görə,dünya təcrübəsinə əsaslansaq,bu, tip radarlar sürət rejiminin daha təhlükəli qəzalara səbəb olduğu yerlərdə quraşdırılır.Radarlar məhz ən riskli qəzaların olduğu yerlərə quraşdırılır.
Həmçinin oxuyun
Ərşad Hüseynovun sözlərinə görə,dünya təcrübəsində sürət radarları ilə yanaşı,başqa üsullardan da istifadə olunur. Bunlar yerlərdə quraşdırılan xüsusi maneələrdir. Həmin maneələrdən müəyyən edilmiş sürət həddini keçdikdən sonar avtomobildə xüsusi səslər hiss olunur. Bu zaman sürücü müəyyən edilmiş sürət həddini keçdiyini anlayır və sürəti aşağı endirir. Müasir dünyada daha çox bu metoddan istifadə olunur.
Bəs,radarları hansı qurum quraşdırmalıdır?
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə,radarların quraşdırılması üçün sakinlər Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidirlər. Bu müraciətdən sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə Baş Dövlət Yol Polisi İdarəsinin birgə fəaliyyəti əsasında radarların quraşdırılması mümkündür.
Mövzu ilə bağlı Oxu24.com rəsmi qurumlara sorğu ünvanlayıb.Mövzunu diqqətdə saxlayacağıq.
Miri Məcidli
02:00 / 03 Yanvar 2026
39
01:15 / 03 Yanvar 2026
113
01:11 / 03 Yanvar 2026
67
01:04 / 03 Yanvar 2026
113
00:57 / 03 Yanvar 2026
56
00:46 / 03 Yanvar 2026
72
00:33 / 03 Yanvar 2026
124
00:24 / 03 Yanvar 2026
81
00:12 / 03 Yanvar 2026
89
00:02 / 03 Yanvar 2026
260
23:47 / 02 Yanvar 2026
96
23:40 / 02 Yanvar 2026
71
23:34 / 02 Yanvar 2026
68
23:24 / 02 Yanvar 2026
131
23:18 / 02 Yanvar 2026
62
23:15 / 02 Yanvar 2026
93
23:00 / 02 Yanvar 2026
134
22:58 / 02 Yanvar 2026
2940
22:53 / 02 Yanvar 2026
712
22:32 / 02 Yanvar 2026
90
22:22 / 02 Yanvar 2026
103
22:18 / 02 Yanvar 2026
1688
22:16 / 02 Yanvar 2026
182
22:06 / 02 Yanvar 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.