Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
30 Sentyabr 2026, 17:04
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1269
07.10.2025, 10:51
Tanınmış aktyor Cabir İmanovun cənazəsindən yayılan görüntülərdən sonra sosial şəbəkələrdə onun vəhhabi qanadına yaxınlığı ilə bağlı iddialar yayılıb.
Oxu24.com xəbər verir ki, millət vəkili Fazil Mustafa yayılan iddialara “Müsavat TV”nin efirində münasibət bildirib:
“Adamın inanc məsələsinə gəlincə, bu, tərbiyəsizliyin bir növüdür. Adam özü elan etmir ki, özüm hansı inancdayam. Hindistanda biri siçana, biri inəyə inanır. Bir azərbaycanlının baxış bucağına görə, bir siçana, inəyə inanmaq qəbul olunmur. Amma Hindistana gedərək, insanları yığsan və desən ki, “sən niyə inəyə inanırsan, tək Allah var”, bu sözlərinə görə səni linç edərlər.
Biz nə zaman inanca qarışa bilirik? Bu inanc cəmiyyətin ictimai asayiş qaydasını pozursa, cəmiyyətdə zorakılığı, təhdidi artırarsa, terrorizmə sövq edərsə. Ümumi şəkildə bütün inancların içində terrora meyilli, dini qaydaların sərt şəkildə tətbiq olunmasını arzulayan insanlar var. Bu insanlar cəmiyyət üçün təhlükə yaradır.
Təhlükə yaradanda hüquq-mühafizə orqanları konkret addımlar atır. Bu olsun 5 faizi. Amma 95 faiz normal həyatını yaşayır. İbadəti ilə qonşusuna, cəmiyyətinə mane olmur. Bunu sən ibadətinə görə necə yarlıq asa bilərsən? Özü də elan etməyibsə, bunu müzakirəyə çıxarmağa haqqın yoxdur. Bu, tərbiyəsizlikdir. Yüzlərlə insan “bomj” da ola bilər, alkoqolik də. Amma mənim həyatıma təhlükə yaratmadığı müddətcə mən onu təhlükə hesab edə bilmərəm”.
F.Mustafa bildirib ki, cənazə namazını kimin qılmasının məsələyə heç bir aidiyyəti yoxdur:
“Niyə bunu ictimai müzakirəyə çıxarırlar axı? Bu, informasiya deyil. Bu, bilavasitə adam haqqında rəy yaratmaq, onun barəsində xortdan obrazı yaratmaqdır. İndi baxın, vəhhabinin də terrorçusu var, normal ibadət edəni də. Şiənin də arasında həm terrorçu, həm də normal ibadət edən var. Amma normal, mülayim, öz həyatını yaşayan yüz minlərlə dindar insanlar var. İslamda məzhəb və təriqət anlayışına qarşıyam. İslamda bir ad var: müsəlman”.
08:28 / 11 Oktyabr 2026
33
08:27 / 11 Oktyabr 2026
79
08:24 / 11 Oktyabr 2026
120
08:15 / 11 Oktyabr 2026
66
07:37 / 11 Oktyabr 2026
57
06:55 / 11 Oktyabr 2026
116
01:41 / 11 Oktyabr 2026
3108
01:28 / 11 Oktyabr 2026
8289
01:15 / 11 Oktyabr 2026
201
01:11 / 11 Oktyabr 2026
491
00:59 / 11 Oktyabr 2026
1598
00:56 / 11 Oktyabr 2026
296
00:39 / 11 Oktyabr 2026
413
00:21 / 11 Oktyabr 2026
613
00:19 / 11 Oktyabr 2026
202
00:17 / 11 Oktyabr 2026
103
00:11 / 11 Oktyabr 2026
1155
00:06 / 11 Oktyabr 2026
892
23:34 / 10 Oktyabr 2026
784
23:24 / 10 Oktyabr 2026
114
23:24 / 10 Oktyabr 2026
123
23:11 / 10 Oktyabr 2026
237
22:55 / 10 Oktyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.