Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ
11 Oktyabr 2026, 01:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
669
08.10.2025, 16:32
Audiovizual Şuranın növbəti iclası keçirilib.
Oxu24.com-un məlumatına görə, iclasda son aylarda efirə gedən televiziya proqramlarında ayrı-seçkiliyi ehtiva edən yanaşmaların artan tendensiyası ilə bağlı ciddi narahatlıq müzakirə olunmuşdur.
Qeyd olunub ki, cari il ərzində aparılmış monitorinqlər nəticəsində "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni müxtəlif növ ayrı-seçkiliyin təbliği nəticəsində ilin müxtəlif vaxtlarında "Space TV", "Xəzər TV", "ARB" kanallarına rəsmi xəbərdarlıq verilmiş, bir dəfə "Space TV" kanalının yayımı 6 saatlıq, "Kanal S" kanalının yayımı isə 24 saatlıq dayandırılmışdır. Bundan başqa, ictimai həssaslıq doğuran bu və ya digər mövzulara balanslı yanaşılması məqsədilə yayımçılara mütəmadi olaraq müvafiq tövsiyələr verilib.
İclas zamanı, bu kontekstdə, "Baku TV" televiziya kanalının efirində 24 sentyabr 2025-ci il tarixdə yayımlanan "Amin" proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunmuşdur. Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən "...Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək... Bu qanundu, Allahın qanunudu... Allah-təala qadını sırf kişiyə tabe elətdirir..." fikirləri səsləndirilmişdir.
Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunmuşdur.
İclas zamanı məsələ diqqətlə müzakirə edilmiş və yekdilliklə bu fikirlərin cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlinmişdir. Belə ki, proqramda qonaq qismində çıxış edən şəxs tərəfindən səsləndirilən fikirlərdə cinsi ayrı-seçkiliyi təşviq edən, qadın və kişi bərabərliyinə zidd olan ifadələrə yol verilmişdir. Çıxış zamanı bu fikirlər dini və fəlsəfi yanaşmalarla əsaslandırılmağa cəhd edilmiş, lakin təqdim olunan mövqelər obyektiv dini və ya elmi əsaslardan kənar, subyektiv və ayrı-seçkilik xarakteri daşıyan məzmunla ifadə olunmuşdur.
Həmçinin, qonağın fikirlərinə aparıcının təsdiqləyici reaksiya bildirməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilmişdir. Audiovizual Şuranın üzvləri "Baku TV" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlmişlər.
Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir.
01:41 / 11 Oktyabr 2026
824
01:28 / 11 Oktyabr 2026
8119
01:15 / 11 Oktyabr 2026
125
01:11 / 11 Oktyabr 2026
240
00:59 / 11 Oktyabr 2026
780
00:56 / 11 Oktyabr 2026
195
00:39 / 11 Oktyabr 2026
300
00:21 / 11 Oktyabr 2026
424
00:19 / 11 Oktyabr 2026
156
00:17 / 11 Oktyabr 2026
84
00:11 / 11 Oktyabr 2026
383
00:06 / 11 Oktyabr 2026
328
23:34 / 10 Oktyabr 2026
409
23:24 / 10 Oktyabr 2026
97
23:24 / 10 Oktyabr 2026
113
23:11 / 10 Oktyabr 2026
160
22:55 / 10 Oktyabr 2026
91
22:49 / 10 Oktyabr 2026
147
22:39 / 10 Oktyabr 2026
100
22:35 / 10 Oktyabr 2026
147
22:28 / 10 Oktyabr 2026
91
22:06 / 10 Oktyabr 2026
96
21:36 / 10 Oktyabr 2026
4029
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.