DTX-dən əməliyyat: Həbs edilənlər var - Foto
20 Noyabr 2026, 18:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
531
10.01.2025, 13:43
Bakı Ağır Cinayətlər Məhkəməsində Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.
Oxu24.com ın məlumatına görə, Oleq Bakinski ilə bərabər Konstantin Antonoviç Kuçer də hakim qarşısına çıxarılacaq. Məhkəmə prosesi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılacaq.
Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.
Hadisənin motivinə gəldikdə isə zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş "Günay Bank"da bir neçə milyon avro pulu olub. Həmin pulu götürmək üçün Rusiya FTX-nin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları bankdan çıxarmaq problem olub. Belə ki, bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub. Görüşü işə hazırda FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev təşkil edib.
Onların görüşü Xətai rayonunda yerləşən Babək Plazada baş tutub. Ancaq Füzuli Musayev özü həmin görüşdə iştirak etməyib. Görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulkası ilə Zaxarenkoya xəsarət yetirib. Bundan sonra Zaxarenkoya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar
22:35 / 20 Noyabr 2026
6
22:22 / 20 Noyabr 2026
50
22:01 / 20 Noyabr 2026
78
21:52 / 20 Noyabr 2026
72
21:48 / 20 Noyabr 2026
75
21:21 / 20 Noyabr 2026
83
20:50 / 20 Noyabr 2026
123
20:40 / 20 Noyabr 2026
159
20:33 / 20 Noyabr 2026
110
20:25 / 20 Noyabr 2026
216
20:25 / 20 Noyabr 2026
117
20:20 / 20 Noyabr 2026
116
20:18 / 20 Noyabr 2026
108
20:06 / 20 Noyabr 2026
108
20:02 / 20 Noyabr 2026
746
20:01 / 20 Noyabr 2026
104
19:50 / 20 Noyabr 2026
133
19:50 / 20 Noyabr 2026
110
19:46 / 20 Noyabr 2026
118
19:37 / 20 Noyabr 2026
149
19:37 / 20 Noyabr 2026
1268
19:29 / 20 Noyabr 2026
107
19:23 / 20 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.