Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
27 Avqust 2026, 12:27
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
813
09.01.2025, 13:19
Bacısının ərini xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 27 yaşlı Əkbər Vəliyev cəzadan azad edilib.
Oxu24.com un məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi işlə hərtərəfli tanış olduqdan sonra belə qərar qəbul edib.
Bu hadisə 2023-cü ilin yayında Sumqayıt şəhərində baş verib. Əkbər onunla eyni yaşlı yeznəsi Arif Muxtarovu bir neçə bıçaq zərbəsi ilə öldürüb. İstintaq materiallarında yazır ki, Arif yalvararaq onu uşaqlarına bağışlamasını istəsə də, yeznəsi ona rəhm etməyib.
Əkbər həbs edilsə də, ekspertlər onun cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu barədə rəylər veriblər. Məhkəmə müttəhimi fəaliyyət qabiliyyətsiz elan edib.

Qeyd edilən səbəbdən Əkbər məhkəmədə ifadə verməyib. Hakim Nurəddin Hüseynli onun həbs edilən zaman müstəntiqə verdiyi ifadəsini elan edib. O, həmin ifadəsində özünü tam təqsirli bilib. Yeznəsini öldürməyinin səbəbinin bacısını mütəmadi olaraq incitməsi olduğunu deyib: “İki il əvvəl bacımla evlənmişdi. Amma bilirdim ki, onu incidir. Buna baxmayaraq, qorxusundan bizə nə isə demirdi. Hadisədən bir qədər əvvəl bacım etiraf edib, amma ailəsinin dağılmaması üçün xahiş edib ki, heç kimə, heç nə deməyək”.
Əkbər hadisə günü Arifi çay içmək üçün restoranlardan birinə çağırıb. Cinayəti də restoranın yanında törədib. Təqsirləndirilən şəxs yeznəsinə bir-iki bıçaq vursa da, ölmədiyini görüb. Arif qan içində qaçmağa çalışıb. Fikri qəti olan Əkbər onu yenidən yerə yıxıb, bir neçə dəfə də bıçaqla vurub.
Hakim bütün tərəfləri dinlədikdən sonra ekspert rəylərini və prokurorun təklifini əsaslı hesab edib.
Qərara əsasən, Əkbər anlaqsız vəziyyətdə adam öldürdüyündən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, hökm qanuni qüvvəyə minənə kimi Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriləcək.
13:10 / 27 Avqust 2026
1
12:54 / 27 Avqust 2026
31
12:51 / 27 Avqust 2026
31
12:35 / 27 Avqust 2026
57
12:31 / 27 Avqust 2026
37
12:27 / 27 Avqust 2026
555
12:13 / 27 Avqust 2026
82
12:07 / 27 Avqust 2026
47
12:01 / 27 Avqust 2026
48
11:48 / 27 Avqust 2026
252
11:39 / 27 Avqust 2026
46
11:37 / 27 Avqust 2026
53
11:33 / 27 Avqust 2026
59
11:29 / 27 Avqust 2026
64
11:28 / 27 Avqust 2026
60
11:16 / 27 Avqust 2026
65
10:54 / 27 Avqust 2026
280
10:50 / 27 Avqust 2026
64
10:35 / 27 Avqust 2026
70
10:29 / 27 Avqust 2026
64
10:13 / 27 Avqust 2026
61
09:58 / 27 Avqust 2026
66
09:47 / 27 Avqust 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.