Qaynar xətt:

(+99450) 247 90 86

İmişlidə pirotexniki vasitələr satan şəxs cəzalandırıldı

2024/12/17/1734416848_1734413967.f2ae0c37-a9c7-4e18-8fb2-02b5a6c00afc.jpeg

KRİMİNAL

334

17.12.2024, 11:31

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşində ticarət mərkəzlərinin birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Ş.İbrahimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu24.com a bildirilib ki, ondan müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb. 

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib.