18–24 yaşlı gənclər arasında cinayətlərin statistik mənzərəsi—RƏQƏMLƏR NƏ DEYİR?
13 Dekabr 2025, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1224
04.12.2024, 12:22
Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, 36 yaşlı Mikayıl Mahir oğlu Əliyev 3 nəfərə qarşı dələduzluqda ittiham olunur.
İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Aygün Zöhrab qızı Xəlilovadır. Mikayılla uzun müddətdir tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb. A.Xəlilova sonradan qaytarmaq şərti ilə 57 600 manatlıq qızıl-zinət əşyalarını lombarda qoyub pul götürməsi üçün ona verib.
Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb. İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb.
Həmçinin oxuyun
Məsələ ilə bağlı təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımovun münasibətindən belə aydın oldu ki, müvəkkili özünü heç bir epizod üzrə təqsirli bilmir. Onlar topladıqları dəlil və sübutları məhkəmə istintaqında ortaya qoyacaqlar. Müdafiəçi müvəkkilinə istinadən onu da qeyd edib ki, bu cinayət işinin başlanması üçün şikayət ərizəsini ilk olaraq zərərçəkmiş Aygünün rektor anası İradə Xəlilova yazıb.
Məlumat üçün bildirək ki, fəlsəfə doktoru olan İradə Xəlilova Xəzər Universitetinin rektorudur. O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib. Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.
İş üzrə digər zərərçəkənlər Fariz Ramiz oğlu İlyasov və Habil Əli Abas oğlu Tağıyevdir. Təqsirləndirilən şəxs onlara Gürcüstandan avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib. Bu iş üzrə əsas zərərçəkən isə Aygündür. Digərlərinin itirdiyi pul cəmi 5 min manatdır.
Mikayıl Əliyevə külli miqdarda dələduzluq ittihamı elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Artıq iş üzrə ibtidai istintaq hərəkətləri də tamamlanıb.
23:47 / 13 Dekabr 2025
94
23:44 / 13 Dekabr 2025
17
23:30 / 13 Dekabr 2025
23
22:45 / 13 Dekabr 2025
150
22:30 / 13 Dekabr 2025
76
22:28 / 13 Dekabr 2025
85
22:22 / 13 Dekabr 2025
80
22:11 / 13 Dekabr 2025
169
21:58 / 13 Dekabr 2025
331
21:34 / 13 Dekabr 2025
888
21:21 / 13 Dekabr 2025
72
21:19 / 13 Dekabr 2025
94
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
330
20:44 / 13 Dekabr 2025
82
20:36 / 13 Dekabr 2025
71
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
268
19:53 / 13 Dekabr 2025
88
19:21 / 13 Dekabr 2025
568
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1032
18:12 / 13 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.