Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda “Range Rover”dən 9400 dollar oğurlanıb

2024/12/03/1733216500_17332101682000631506674eb038da803.jpg

KRİMİNAL

190

03.12.2024, 13:30

Bakının Nizami rayonu ərazisində avtomobildən oğurluq edilib.

Oxu24.com  DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş “Range Rover” markalı avtomobilindən 9400 ABŞ dollarının oğurlandığını bildirib.

Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 45 yaşlı N.Cəmilov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.