Qaynar xətt:

(+99450) 247 90 86

Keçmiş məhkum arvadını döyərək öldürdü - Üç uşaqları var

Keçmiş məhkum arvadını döyərək öldürdü - Üç uşaqları var

KRİMİNAL

1525

30.04.2018, 21:17

\"\" Samuxda ailədaxili cinayət hadisəsi baş verib.
“Oxu24.com” APA-ya istinadən xəbər verir ki, rayonun Kolayır kəndində  1981-ci il təvəllüdlü Ağamir Səmədov ailə münaqişəsi zəminində yaşadığı evin həyətində həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ləman Səmədovanı döyüb. Bədən xəsarətləri alan qadın orada ölüb.
Cinayəti törədən şəxs saxlanılıb. Məlumata görə, ailənin 3 övladı var. Qeyd edək ki, A. Səmədov bundan əvvəl məhkumluq həyatı yaşayıb. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.