Qaynar xətt:

(+99450) 247 90 86

“Xoşqədəmin verilişinə baxırdım, arvadıma zəng gəldi”

“Xoşqədəmin verilişinə baxırdım, arvadıma zəng gəldi”

KRİMİNAL

2338

29.04.2018, 10:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ittiham olunan Sumqayıt şəhər sakini Firuz Nəsiblinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. \"Oxu24.com\" Virtualaz.org-a istinadən xəbər verir ki, ötən il noyabrın 9-da Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 78A, mənzil 19-da 58 yaşlı Nahidə Abbasova (ad və soyad dəyişdirilib – red.) qətlə yetirilib.
“JEK” işçisi olan Nahidə Abbasovanı 2014-cü ildən etibarən tanıyan, mütəmadi onunlayaxın münasibət quran Firuz Nəsibli qadının külli miqdarda pulu olmasını zənn edərək onu öldürərək pullarını ələ keçirməyi planlaşdırıb. Hadisə baş verən gün N.Abbasovanın mobil telefonuna zəng vuraraq görüşmək istədiyini deyib. “JEK” işçisinin yaşadığı mənzilə gələn F.Nəsibli ona çoxsaylı bıçaq zərbələri endirib. Qadının öldüyünə əmin olduqdan sonra otaqların altını üstünə çevirib, amma heç nə tapa bilməyib. Təqsirləndirilən Firuz Nəsibli “Topaz” oyunlarında iştirak edən şəxslər üçün bilet doldurmaqla gündəlik çörəkpulu qazanıb. “JEK”də işləyən N.Abbasova ilə tanışlığı dörd il öncəyə təsadüf edib. Belə ki, Zemfira adlı qadınla yaxınlıq edən Firuz ilk dəfə Nahidəni də elə həmin qadının evində görüb. Tanışlıq zamanı Firuza “istədiyin vaxt qonağım ola bilərsən” deməsi sonda qadının faciəsinə gətirib çıxarıb: “Telefon nömrəsini verdi, evdə adam olmayanda qəbul edəcəyini dedi. Beş-on gündən sonra zəng vurdum, Nahidənin evində pul müqabilində onunla görüşdüm. Hərdən mənə telefonla müxtəlif qadınların şəkillərini atırdı, onlardan seçib bəyəndiklərimlə yaxınlıq edirdim. Həmin qadınların əksəriyyətinin 25-30 yaşları vardı, müxtəlif peşə sahibləri idi, aralarında evdar qadınlar da vardı”.
F.Nəsiblinin ifadəsinə görə, son zamanlar maddi sıxıntı içərisində olduğundan pul qazanmaq üçün müxtəlif yollar axtarıb. Nahidənin hər gün xidmət etdiyi ərazinin sakinlərindən pul topladığını, həmçinin müxtəlif qadınlara intim xidmət üçün şərait yaratdığını bilən Firuz qadını öldürüb pullarını ələ keçirməyi, sonra isə izi itirmək üçün ölkəni tərk etməyi planlaşdırıb: “Dəfələrlə çantasında 1000 manatacan pul olurdu. Öz telefonumdan deyil, taksofondan zəng vurub gəlmək istədiyimi dedim, razılaşdı. Görüşmək bəhanəsiylə bıçaq götürüb onlara getdim”. Qadının mənzilinə təşrif buyuran F.Nəsibli onu şübhələndirməmək üçün su gətirməsini xahiş edib. Əlində su dolu stəkan “qonağ”a yaxınlaşan ev sahibəsi gözlənilmədən bıçaq zərbələrinə tuş gəlib: “Saçından tutub bıçaqla boynundan vurdum, tərpənməsinə imkan vermədim. Bıçağı gödəkçəmin cibinə qoyub evi axtarmağa başladım. Çantasına baxdım, heç nə tapmadım”. N.Abbasovanın qətli ilə bağlı xəbərləri mətbuatdan izləyən F.Nəsibli törətdiyi cinayətin izini itirmək üçün ölkədən qaçmağı qərara alsa da, buna nail ola bilməyib. Hadisədən səkkiz gün sonra o, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı F.Nəsibli törətdiyi cinayəti etiraf edib. N.Abbasovanın həyat yoldaşı ifadəsində arvadının ona xəyanət etməsini heç vaxt ağlına gətirmədiyini, hadisə baş verən gün isə bacısıgildə imam ehsanında iştirak etdiyini deyib: “Bacımgildən qayıdanda Nahidə ev işləri ilə məşğul idi. Mən də Xoşqədəmin verlişinə baxırdım. Nahidənin telefonuna zəng gəldi, kimində danışdığını eşitmədim. Hələ heç cavan vaxtlarından onu qısqanmamışdım. Yaşı ötdükcə gəlin, nəvə sahibi olacağını nəzərə alıb mənə xəyanət edəcəyini düşünməmişdim”. Hər gün piyada gəzintiyə çıxan ev sahibi baş verəcək faciədən xəbərsiz həyətə düşüb. Amma yağış yağdığına görə ləngiməyib, tez qayıdıb. Mənzilə daxil olduqda gördüyü dəhşətli mənzərədən şoka düşüb: “Şkafın hər iki qapısı açıq idi, Nahidəni səslədim, cavab vermədi. Evdən çıxıb qayıtmağım cəmi bir neçə dəqiqə çəkmişdi, nə baş verdiyini dərk etmədim. Yataq otağına keçəndə onun qanlı cəsədini gördüm. Otağın hər tərəfi qana boyanmışdı. Polisə, təcili yardıma, qohumlara zəng vurub məlumat verdim”. Məhkəmənin hökmü ilə Firuz Nəsibli 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

16

0
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

40

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

45

0
medialiteracy-media-gov
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

64

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

47

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

46

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

61

0
Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

18:04 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Sükan arxasında siqaret çəkməyin cəzası varmı? – Hüquqşünasdan AÇIQLAMA  

103

0
Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

17:59 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Müasir insanın ən böyük problemi: Çox seçim, az rahatlıq – Sosioloq AÇIQLADI  

63

0
Bu ölkə İrana uçuşları bərpa etdi

17:56 / 05 Oktyabr 2026

DÜNYA DÜNYA

Bu ölkə İrana uçuşları bərpa etdi

66

0
Bakının bütün metrostansiyalarından PULSUZ GEDİŞ GÖZLƏNİLİRMİ?

17:54 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakının bütün metrostansiyalarından PULSUZ GEDİŞ GÖZLƏNİLİRMİ?

67

0