Ramiz Mehdiyevin kürəkəninin işi niyə yalnız Kəmalə Abıyevaya həvalə edilir?
23 Noyabr 2026, 18:46
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
296
12.09.2024, 15:28
Azərbaycanda cinayətkarlığa qarşı keçirilmiş ən böyük əməliyyatlardan birinin istintaqı aparılıb.
Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən ilin sonlarında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələri həyata keçirilməsi barədə məlumat daxil olub. Həmin məlumat əsasında keçirilən xüsusi əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən 6 nəfər həbs edilib.
Bunlar - Qasımov Bahadır Ağaqulu oğlu, Qasımov İkram Ağaqulu oğlu, Qasımov Fərhad Etibar oğlu, Əzizov Cavid Hacı oğlu, Əliyev Vəli Ağamalı oğlu və Əhmədov Anar Şamil oğludur. Bahadır və İkram doğma qardaş, Fərhad isə onların əmisi oğludur. İstintaq həbs edilən şəxslərdən əlavə də eyni cinayətdə iştirak edən, lakin hələ şəxsiyyətləri müəyyən edilməyən şəxslərin olduğunu istisna etmir.
İttiham ondan ibarətdir ki, təqsirləndirilən şəxslər xarici ölkədən Azərbaycana, Azərbaycandan xarici ölkəyə qanunsuz pul vəsaitləri köçürüblər. Onlar bu əməlləri ilə faktiki olaraq bank fəaliyyəti həyata keçirib, nəticədə xüsusilə külli miqdarda vergi ödəməkdən yayınıblar. Pulların leqallaşdırlması isə əsasən Bakının Yasamal rayonunda, İstanbul və Dubay şəhərindəki ofislərdə həyata keçirilib. Şirkətin rəhbəri isə Bahadır Qasımov olub. O özü Rusiyada yaşadığı üçün idarəçiliyi qardaşı İkrama həvalə edib. İkram da əmisi oğlu Fərhad və onun tanışları Cavid və Anarla birgə qanunsuz pul leqallaşdırmaqla məşğul olublar.
Bahadır Qasımov bu işlə məşğul olmazdan əvvəl də yaxşı imkana malik olub. Onun Rusiyada bankı və şirkətləri var. Azərbaycana gəldikdən 1 həftə sonra tutulub. Həmçinin qardaşı İkramın Dubayda avtomobil satışı ilə məşğul olan şirkəti mövcuddur. Bakıdakı şirkət isə onların üçüncü qardaşı Bibiqulu Qasımovun adına rəsmiləşdirilib.
Milyonlarla pul, qızıl-brilyantlar, odlu silahlar...
Dəstə üzvlərinin işlədikləri ofisdə və evlərində keçirilən xüsusi əməliyyatlar dəhşətli faktların üstünü açıb.
Əldə edilmiş sənədlərlə müəyyən edilib ki, şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin də 1 faizi- 2 milyon 500 min manatı xidməthaqqı kimi onların özünə qalıb. Bununla da onlar qanunsuz sahibkarlıq edib, həmçinin qanunsuz leqalaşdırma həyata keçirdikləri üçün daha ağır cinayət törədiblər.
Bütün bunlar istintaqın sübutlarıdır. Hələ ki, məhkəmə tərəfindən hüquqi qiymətini almayıb.
İkram Qasımovun razılığı ilə Yasamalda yerləşən sözügedən ofisdə və onun yaşadığı evdə axtarış həyata keçirilib. Böyük məbləğdə pullar, qızıl-zinət əşyaları və silahlar aşkar edilib. Burada söhbət 1 milyon 500 min dollar və 1 milyon 400 min manata yaxın puldan, iki ədəd odlu silahdan və 100 ədədə yaxın qızıl-brilyantdan gedir. Onların da qiyməti 1 milyon manata yaxın qiymətləndirilir. İttihama görə, qızıl-zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib.
Yüzlərlə əmlak üzərinə həbs qoyulub - Evlər, avtomobillər, qayıqlar...
Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin yüzlərlə əmlakı üzərinə həbs qoyulub.
Buraya 100-ə yaxın “Range Rover”, “Bentley”, “Mercedes”, BMW, “Mitsubishi” və digər markalı minik avtomobilləri, bir neçə yük maşını, motosikletlər, Bakıda və bölgələrdə yerləşən çoxsaylı mənzillər, bağ evləri, qeyri-yaşayış sahələri, qayıqlar, qarajlar və digər əmlaklar daxildir. Təxmini hesablama ilə bütün əmlakların ümumi bazar dəyəri 500 milyon manata yaxındır.
19:00 / 23 Noyabr 2026
1
18:46 / 23 Noyabr 2026
79
18:42 / 23 Noyabr 2026
61
18:35 / 23 Noyabr 2026
61
18:13 / 23 Noyabr 2026
88
18:09 / 23 Noyabr 2026
2129
17:55 / 23 Noyabr 2026
122
17:52 / 23 Noyabr 2026
84
17:46 / 23 Noyabr 2026
89
17:44 / 23 Noyabr 2026
94
17:13 / 23 Noyabr 2026
223
17:12 / 23 Noyabr 2026
126
16:57 / 23 Noyabr 2026
131
16:55 / 23 Noyabr 2026
119
16:45 / 23 Noyabr 2026
308
16:41 / 23 Noyabr 2026
123
16:33 / 23 Noyabr 2026
130
16:27 / 23 Noyabr 2026
1069
16:22 / 23 Noyabr 2026
117
16:19 / 23 Noyabr 2026
137
16:08 / 23 Noyabr 2026
143
15:55 / 23 Noyabr 2026
133
15:35 / 23 Noyabr 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.