Bakıda əməliyyat keçirildi: saxlanılanlar var
22 Aprel 2026, 22:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
276
09.09.2024, 15:58
Əlillik dərəcəsinin təyini və pensiyaların bərpası adı ilə vətəndaşların pulunu ələ keçirməkdə təqsdirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, “Ağsu Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Soltiyev Ehtibar Şükrulla oğlu və digərlərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaqla Ehtibar Soltiyevin Arif Talıbov və qeyriləri ilə qabaqcadan əlbir olaraq 2022-2023-cü illər ərzində əlillik dərəcəsinin təyin edilməsi və dayandırılmış pensiyanın bərpasına köməklik göstərilməsi ilə bağlı onlara müraciət etmiş ayrı-ayrı şəxslərin aldatma və etibardan sui-istifadə etmə yolu ilə ümumilikdə 126 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin oxuyun
İstintaq tədbirləri nəticəsində cinayət işi üzrə vurulmuş ziyandan 120 min manatın ödənilməsi təmin edilib.
Toplanmış sübutlar əsasında Ehtibar Soltiyev və Arif Talıbova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə yekun ittiham elan edilib, barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
09:18 / 23 Aprel 2026
1
09:09 / 23 Aprel 2026
19
01:42 / 23 Aprel 2026
133
00:10 / 23 Aprel 2026
195
23:46 / 22 Aprel 2026
316
23:35 / 22 Aprel 2026
204
23:24 / 22 Aprel 2026
236
23:18 / 22 Aprel 2026
2403
23:16 / 22 Aprel 2026
736
23:04 / 22 Aprel 2026
398
22:50 / 22 Aprel 2026
112
22:40 / 22 Aprel 2026
73
22:30 / 22 Aprel 2026
106
22:29 / 22 Aprel 2026
68
22:28 / 22 Aprel 2026
77
22:14 / 22 Aprel 2026
232
22:08 / 22 Aprel 2026
66
22:06 / 22 Aprel 2026
75
22:04 / 22 Aprel 2026
275
22:00 / 22 Aprel 2026
71
21:57 / 22 Aprel 2026
630
21:51 / 22 Aprel 2026
134
21:48 / 22 Aprel 2026
2000
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.