Qaynar xətt:

(+99450) 247 90 86

Özünü pəncərədən atan məktəblı qız öldü

2019-04/1554539106_inti.jpg

KRİMİNAL

1395

06.04.2019, 12:25

\"\" Özünü pəncərədən atan məktəblı qız ölüb.
Aprelin 4-də intihar məqsədilə təhsil aldığı 162 saylı məktəbin 3-cü mərtəbədən özünü atan 14 yaşlı Elena Hacıyeva bu gün müalicə aldığı Klinik Tibbi Mərkəzdə keçinib. Oxu24.com bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Virtualaz.org-a faktı təsdiqləyiblər. Uşağın vəziyyəti dünəndən pisləşib, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ona müştərək kəllə-beyin travması, döş qəfəsi və qarnın küt travması, hər iki ağciyərin əzilməsi, sağ 4-cü qabırğanın sınığı, travmatik spinal şok diaqnozu qoyulmuşdu. Anası Sevil Hacıyeva qızına məktəbin yuxarı sinif şagirdləri tərəfindən təzyiq edildiyini, bununla bağlı direktor və müəllimlərin məlumatlandırıldığı halda tədbir görülmədiyini deyib.