Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda şagird məktəbin 3-cü mərtəbəsindən yerə düşdü - İntihar edib?

2019-04/1554373347_1539170503_untitled-1.jpg

KRİMİNAL

1040

04.04.2019, 14:21

\"\"  Bakıda 162 nömrəli məktəbdə şagird məktəb binasının üçüncü mərtəbəsindən yerə düşüb.
Oxu.Az-ın məlumatına görə, səkkizinci sinif şagirdinin intihara cəhd etdiyi iddia olunur. İlkin məlumata görə, hadisəyə səbəb məktəblinin ailəsində yaşanan problemlərdir. Məsələ ilə bağlı məktəbdən saytımıza verilən məlumatda isə bunun bədbəxt hadisə olduğu bildirilib. Hadisə nəticəsində şagirdin ayağı sınıb. O, 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.