Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11625
az

Bakıda rus turisti zorlayan şəxs həbsdən çıxıb, yüzlərlə adamı aldatdı

11:3704 Aprel, 2019
676
  • A
 
Bir neçə gün əvvəl Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldadan dəstənin üzvləri saxlanııb.

Martın əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən "ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq onlara məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə polisə müraciət edib.

Şikayətçilər adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, onlara dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən təxirəsalınmadan həyata keçirilmiş tədbirlərlə qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədildiyi müəyyən edilib.

Oxu24.com  xəbər  verir ki, bakupost dəstənin rəhbəri Məcid Məcidovla bağlı yeni məlumatlar əldə edib. O, əslən Salyan rayonundandır. Atası Mehdi Məcidov rayonda tanınmış həkimlərdəndir. Bu, Məcid Məcidovun ilk cinayəti deyil. Onun 2013-cü ildə Bakıda rus turisti zorlaması böyük əks-səda doğurmuşdu. İttihama görə, Rusiya Federasiyasının vətəndaşı olan 23 yaşlı İrina Bazaron 11 may 2013-cü il tarixdə gecə saat 5 radələrində Səbail rayonunda müvəqqəti yaşadığı mənzildə Bakı şəhər sakini Məcid Məcidov tərəfindən zorlanması barədə müraciəti Səbail Rayon Prokurorluğunda araşdırılıb. Müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən "Grand House” daşınmaz əmlak firmasının rəhbəri M. Məcidov mayın 10-da İ, Bazaronun müraciəti əsasında Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi, 27 saylı ünvanda yerləşən mənzili 10 gün müddətinə kirayəyə verib. M. Məcidov mənzilin açarlarının birini ona təqdim edib, ertəsi gün isə gecə saat 5 radələrində özündə olan ikinci açarla qanunsuz olaraq həmin mənzilə daxil olaraq zor tətbiq etməklə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edib, onunla cinsi əlaqədə olaraq zorlayıb.

Həmin ilin iyun ayında Məcid Məcidov barəsində həbs qərarı seçilib və məhkəmədə hökm oxunana kimi təcridxanada qalıb. 2014-cü il sentyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlisultan Osmanovun sədrliyi keçirilən prosesdə bəraətverici əsaslarla hökm oxunub və Məcidov məhkəmə zalından azad olunub. Prokurorluğun hökmdən narazı qalması ilə verdiyi protestə Bakı Apellyasiya Məhkəməsində baxılıb və şikayət təmin olunmayıb. Hakim Faiq Qasımov 25 yaşlı gənci azadlıqda saxlayıb və işi aparan müstəntiq barəsində xüsusi qərardad çıxarıb.

İş Ali Məhkəməyə çıxarılıb və burada prokurorluğun xeyrinə qərar verilib, Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, iş yenidən apellyasiyaya qaytarılıb. 2016-cı ilin mart ayının 3-də keçirilən apellyasiya məhkəməsində qərar verilib. Apellyasiya Məhkəməsinin hakimi Qaib Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Məcid Məcidov barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası seçilib. Həmin tarixdə M. Məcidov ölkədə olmadığı üçün onun həbsi reallaşmayıb. Hökmdən təxminən 20 gün sonra Məcid Məcidov 39-cu Polis Bölməsinə gələrək təslim olub.


{banner_reklam} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ