Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11591
az

Bakıda qandonduran hadisə:Ana və qızı evdə asılmış vəziyyətdə tapıldı

12:5603 Aprel, 2019
942
KRİMİNAL
  • A
 
Azərbaycanda tükürpədici hadisə baş verib.
 
Oxu24.com  xəbər verir ki, BakuPost-un əldə etdiyi məlumata görə, Bakının Yeni Suraxanı qəsəbəsində ana və qızının yaşadıqları evdə meyitləri tapılıb.
 
Məlumata görə, 24 yaşlı Fatimə və anası Aidə 6 ay əvvəl Sabirabad rayonundan Bakıya köçüblər. Onlar Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 5-də kirayə ev tutub yaşamağa başlayıblar.
 
Ötən həftə isə ailənin dəhşətli faciəsi ortaya çıxıb. Belə ki, ana-qızdan bir neçə gün xəbər çıxmadığını görən yaxınları onların yaşadığı evə gəlib və qan donduran mənzərə ilə rastlaşıb. Evdə onların hər ikisinin asılmış meyitləri tapılıb.
 
Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, 24 yaşlı gənc qız anasından əvvəl ölüb. Onun meyiti evin ortasında sərilmiş və üzü örtülmüş vəziyyətdə olub. Ananın meyiti isə tavandan asılmış halda aşkarlanıb. Kriminalistlər müəyyənləşdirib ki, hadisə 5 gün əvvəldən baş verib və ana-qızın meyitləri 5 gün ərzində evdə qalıb.
 
İlkin ehtimallara görə, ana-qız özlərini asaraq intihar edib. İntihar aktını isə əvvəlcə qız həyata keçirib.
 
Mərhumların yaxınları onu da iddia edir ki, onlar özlərini öldürməyib, öldürülüb və daha sonra intihar etdikləri mənzərəsi yaradılıb.  
 
Qeyd edək ki, 24 yaşlı Fatimə Bakıda ingilis dili müəllimi işləyib. Onun anası Aidə həyat yoldaşından boşanıb. Ana-qız birlikdə yaşayırmış.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı