Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11562
az

“Heyfimi qohumlarından çıxdım” - Yasda yemək yeyə bilmədiyi üçün qəbir daşlarını dağıdan şəxs

18:4802 Aprel, 2019
882
KRİMİNAL
  • A
Yas mərasimində normal yemək yeyə bilməyən şəxs heyfini çıxmaq üçün kənd qəbiristanlığına gedərək yas sahiblərinin qohumlarının məzarlarını dağıdıb.
 Oxu24.com xəbər verir ki, hadisə Şəmkirin Keçili kəndində baş verib.

Səhər saatlarında kəndə səs salan olay hamını şoka salıb. Qəbiristanlığa üz tutan sakinlər yaxınlarının qəbirlərinin dağıldığını görüblər. Keçili kənd sakinlərinin Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciətindən sonra keçirilən əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən şəxs saxlanılıb.

Coşqun Nəcəfli - Saxlanılan şəxs: "Yas yerinə gec çatdım. Yemək dedim, gətirmədilər. Mənə də pis təsir etdi. Hamıya verdilər, mənə yox. Mən də qəbiristanlığa gedib heyfimi daşlardan çıxdım. Onların qohumlarından çıxdım. Başqa heçnə etmədim. Bircə güldanları qırdım, bir də gülləri dağıtdım. Tək səhvim o olub. Səhvimə görə də çox peşmanam, gərək etməzdim. Onların pisliyi özünə qalardı".

Saxlanılan şəxsin etirafı hadisənin bilərəkdən törədildiyini təsdiq edir. Qəbiristanlıqda 50-dən çox məzara ziyan vurmaqla kənd sakinlərinin heysiyyətinə toxunmaq və sonra da peşman olduğunu səsləndirməklə özünə bəraət qazandırmaq qəribə səslənsə də polisi inandıracaq qədər yetərli olmayıb.

Coşqun Nəcəfli barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib