Qaynar xətt:

(+99450) 247 90 86

Qusarda narkotik bitkilər məhv edilib

KRİMİNAL

174

31.07.2024, 16:27

Qusarda 1 ton 410 kq çətənə kolu məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zindan Muruq kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 ton 410 kiloqram olan 824 ədəd çətənə kolu yandırılaraq məhv edilib.