Ağır qəza: Yaralılar var
10 Sentyabr 2026, 21:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
497
26.07.2024, 15:28
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri son əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü - əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.
DİN-dən bildirilib ki, onlardan ümumilikdə 70 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin, 3565 ədəd metadon, eləcə də preqabalin həbi, narkotiklərin onlayn satışında bilavasitə istifadə edilən bank kartları və tərəzilər aşkarlanıb. Mütəşəkkil dəstənin üzvləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini, qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını və əldə olunan gəlirlə əsasən gəncləri narkokuryerliyə cəlb etməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, sosial şəbəkələrdən istifadə edən zaman diqqətli olsunlar. Narkotacirlərin yalan vədlərinə inanmasınlar.
23:14 / 10 Sentyabr 2026
1
23:08 / 10 Sentyabr 2026
16
23:03 / 10 Sentyabr 2026
19
23:00 / 10 Sentyabr 2026
24
22:53 / 10 Sentyabr 2026
23
22:44 / 10 Sentyabr 2026
30
22:40 / 10 Sentyabr 2026
1267
22:36 / 10 Sentyabr 2026
33
22:28 / 10 Sentyabr 2026
34
22:20 / 10 Sentyabr 2026
48
21:54 / 10 Sentyabr 2026
172
21:50 / 10 Sentyabr 2026
54
21:35 / 10 Sentyabr 2026
63
21:30 / 10 Sentyabr 2026
88
21:27 / 10 Sentyabr 2026
51
21:20 / 10 Sentyabr 2026
57
21:16 / 10 Sentyabr 2026
61
21:15 / 10 Sentyabr 2026
57
21:06 / 10 Sentyabr 2026
66
20:51 / 10 Sentyabr 2026
108
20:50 / 10 Sentyabr 2026
60
20:40 / 10 Sentyabr 2026
59
20:38 / 10 Sentyabr 2026
580
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.