Qaynar xətt:

(+99450) 247 90 86

Mingəçevir su anbarında çimən şəxs boğuldu

Mingəçevir su anbarında çimən şəxs boğuldu

KRİMİNAL

290

10.07.2024, 20:38

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, Mingəçevir su anbarında 1 nəfərin batması barədə məlumat daxil olub.

OXU24.COM  xəbər verir ki, məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.