Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli qəza: Qadın maşın qarışıq kanala düşdü

2019-03/1553787523_575c9cd3cc1f017-1.jpg

KRİMİNAL

909

28.03.2019, 19:40

Beyləqanda avtomobil su kanalına düşüb.
ONA-nın məlumatına görə, hadisə bu gün Beyləqan rayonun girişində qeydə alınıb. “Nissan” markalı, 90 UF 203 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kənarındakı şam ağacına çırpılıb. Ağac avtomobilin zərbəsinə tab gətirməyərək qırılıb. Nəticədə maşın yol kənarındakı kanala düşüb. Kanala düşən avtomobil qaldırıcı kranla kanaldan çıxarılıb. Şahidlərin sözlərinə görə, avtomobili qadın sürücü idarə edirmiş.