Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda məmurun bağ evinə oğru girdi

2019-03/1553762316_ogru-1.jpg

KRİMİNAL

646

28.03.2019, 12:47

\"\"  Bakıda nazirliyin aparat rəhbərinin evindən oğurluq edilib.
ONA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ləhic bağlarında qeydə alınıb. Səhiyyə Nazirliyinin aparatının rəhbəri, 1976-cı il təvəllüdlü Nadir Azər oğlu Zeynalova məxsus bağ evindən oğurluq edilib. Naməlum şəxs və ya şəxslər N.Zeynalova məxsus bağ evindən paltaryuyan maşın, televizor, samovar və digər məişət əşyalarını oğurlayıb. Bu barədə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.