Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11351
az

Gəncədə zorlanan qadın intihar etdi

09:3128 Mart, 2019
1004
  • A
 
Gəncə şəhərində ağır cinayətlər törətməkdə ittiham olunan Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

 "Ölkə.Az" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində  hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi mart ayının 29-na təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxs Brilyant Tağıyeva qohumları - Arzu və Sahib ilə birlikdə cinayət əlaqəsinə girərək, rus əsilli qadını Gəncə şəhərinə gətiriblər. Orada onlar həmin şəxsi məcburi əməyə cəlb etməklə insan alveri cinayəti törədiblər.

Bundan başqa, Sahib və Arzu həmin qadınla zorla cinsi əlaqədə olublar, ona qarşı seksual xarakterli hərəkətlər ediblər. Bu hal qadına qarşı bir neçə dəfə təkrarlanıb.

Seksual xarakterli hərəkətlərə məruz qalan qadın sonda intihar edib.
Bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Məlumat əsasında hər üç şəxsin barəsində cinayət işi açılıb və onlar axtarışa veriliblər.

Ötən ilin yanvarın 22-də Gəncənin Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hər üç şəxs həbs edilib.

İstintaq orqanı tərəfindən Arzu Tağıyev, Sahib Tağıyev və Brilyant Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 144-2.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən məcburi əmək törətmək), 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə), 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək), 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə ittiham elan edilib.

Arzu Tağıyev və Sahib Tağıyev barəsində əlavə olaraq Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə də ittiham verilib.

#kriminal #zorlanma #xəbərlər #Azərbaycan Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu