Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11350
az

Kişi həyat yoldaşını və qayınatasını güllələyərək öldürdü — Gəncədə dəhşətli qətl

09:2528 Mart, 2019
901
KRİMİNAL
  • A
 
Həyat yoldaşını və qayınatasını öldürməkdə təqsirli bilinən Məsim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

"Ölkə.Az" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə növbəti məhkəmə prosesi bu gün keçiriləcək.

Qeyd edək ki, hadisə 2018-ci ilin avqust ayında Gəncə şəhəri Bağmanlar küçəsi, birinci döngə, ev 1 ünvanında baş verib. 28 yaşlı Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 27 yaşlı həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Məmmədov Daşkəsən rayonu ərazisində valideynlərinə məxsus gizləndiyi evdə tutularaq istintaqa təhvil verilib. Tutulan zaman cinayətin aləti olan ov tüfəngi M.Məmmədovun üzərində aşkar edilib.
Məlumata görə, M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsində olublar. Lakin təyin edilən məhkəmə prosesi təxirə salınıb. Qətlə yetirilən Namiq Əkbərov həkim olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı