Qaynar xətt:

(+99450) 247 90 86

Daha bir ACI XƏBƏR!-Azərbaycanda zavodda partlayış,ölən və yaralananlar var

2019-03/1553708494_partlayis.jpg

KRİMİNAL

2156

27.03.2019, 21:42

\"\"  Sumqayıtda Polad əritmə sexində partlayış baş verib.
Oxu24.com -un  “Report”a istinadən məlumatına görə, hadisə İnşaatçılar qəsəbəsinidə keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən Polad əritmə sexində qeydə alınıb. Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.