Qaynar xətt:

(+99450) 247 90 86

Zəngilanda 2 tondan çox çətənə bitkisi məhv edildi

Zəngilanda 2 tondan çox çətənə bitkisi məhv edildi

KRİMİNAL

306

28.06.2024, 10:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zəngilanda 2 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaşxaş 2024" planına uyğun olaraq tədbir keçiriblər. Tədbir zamanı Mincivan qəsəbəsində yabanı halda bitən 2 tondan artıq 4657 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.