Space Tvd-ə Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə "Gəl dərdini danış"da inanılmaz anlar qeydə alınıb.
Oxu24.com xəbər verir ki, verilişə müraciət edən Sevda xanım ərinin qardaşları və qardaşı arvadlarından çox əzab çəkdiyini bildirib. O iddia edib ki, hələ illər əvvəl onu qadın alverinə sürükləmək istəyiblər. Amma Sevda xanımın ailəsinin ayıq-sayıqlığı nəticəsində qarşı tərəf bu əməlindən imtina edib. İddialara görə qız övladına da eyni əməli törətmək istəyən qayınarvadı sonda polislər tərəfindən iki il icbari iş də alır. Ailənin sözlərinə görə bu gün bu dörd qızın evdə qalmasının səbəbi də məhz illər əvvəl baş verən hadisələrdi.Qızlar bu həyat hekayəsi ilə barışsalar da indi istəkləri atalarının mülkünə sahib çıxmaqdı. Ailənin sözlərinə görə kəndə gedərkən qarşı tərəf onları narahat edir və yaşamağa imkan vermirlər.
Teleaparıcı Amil Xəlil adı halllanan Qəbələnin Xırxatalı kəndinə yollanır. Uzun axtarıışlardan sonra qarşı tərəfləri bir-bir danışdıran Amil Xəlil yeni faktları da ortaya çıxardıb.Həmin videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR