Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11286
az

Bacısını evdə yad kişi ilə tutdu, ikisini də öldürdü — Göygöldə qanlı cinayət

18:0226 Mart, 2019
923
KRİMİNAL
  • A
 İki nəfəri qətlə yetirməkdə təqsirli bilinən Tağıyev Vüsal Tağı oğlunun cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
"Oxu24.com" xəbər verir ki, məhkəmə baxış iclası aprel ayının 1-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, hadisə 2018-ci ilin avqust ayında Göygöl şəhərində Nəriman Nərimanov küçəsində yerləşən evlərdən birində baş verib. Gəncədə yaşayan 1989-cu il təvəllüdlü Tağıyev Vüsal Tağı oğlu sözügedən ünvanda yaşayan 1992-ci il təvəllüdlü bacısı Tağıyeva Vüsalə Tağı qızını və onunla bir evdə olan Goranboy rayon Səmədabad kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Nurlan Saləddin oğlunu bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən V.Tağıyev şübhəli şəxs qismində saxlanılıb. İlkin məlumata görə, Vüsalə Tağıyeva həyat yoldaşından boşanıb və bir azyaşlı övladı ilə yaşayırmış. Hadisə qadın Nurlan Əliyevlə yaşadığı evdə görüşən zaman baş verib. Həmin zaman qardaşı onun evinə gələrək qətli törədib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi