Qaynar xətt:

(+99450) 247 90 86

“Diqlas” da son durum — FHN-in 7 əməkdaşı xəsarət alıb

2019-03/1553599373_fghh.jpg

KRİMİNAL

968

26.03.2019, 15:23

\"\"  Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğının söndürülməsi zamanı Fövqəladə Hallar nazirliyinin 7 əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb.
Bunu “Ölkə.Az”a Səhiyyə nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Səfayə Əhmədova deyib. Onun sözlərinə görə,  yanğın olan ərazidə təcili tibbi yardımın həkimləri ümumilikdə 9 nəfərə tibbi yardım göstəriblər:  “Onlardan biri  Fövqəladı Hallar nazirliyinin əlindən xəsarət aldığından 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Digər 6 FHN əməkdaşına isə yerindəcə  baxılıb. Onlar yanğın söndürən zaman müxtəlif dərəcəli yüngül xəsarət alıblar, istidən və tüstüdən vəziyyətləri pisləşən olub. Bunan əlavə olaraq 2 nəfər sahibkarın isə halı pisləşdiyindən həkimlər onlara yerində müdaxilə edib”.